Qarsda logistika mərkəzinin istismara veriləcəyi tarix açıqlandı


Dünya 24 Noy 2020 18:04:00 131 0

Qarsda logistika mərkəzinin istismara veriləcəyi tarix açıqlandı

Türkiyənin Qars şəhərində logistika mərkəzinin istismarı 2021-ci ildə başlayacaq.

Son.az bildirir ki, bu barədə Trend-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər.

Məlumata əsasən, hazırda logistika mərkəzinin tikintisi üzrə yekun işlər aparılır. Qeyd olunub ki, 2020-ci ildə logistika mərkəzinin tikintisi üçün 60 milyon lirə vəsait yerləşdirilib:

"Mərkəzin tikintisi üçün xarici kredit cəlb edilməyib".

Nazirlikdən əlavə ediblər ki, mərkəzin istismarında gəlirlər bir milyard dollara yaxın ola bilər.