Rusiyada kişi 6 uşağı girov götürüb


Dünya 24 Noy 2020 16:49:00 139 0

Rusiyada kişi 6 uşağı girov götürüb

Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığında kişi altı uşağı girov götürüb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.

Hadisə Kolpinoda yerləşən mənzillərdən birində qeydə alınıb.

Bildirilib ki, uşaqları girov götürən şəxs içkilidir və o balta ilə silahlanıb. Mənzilə daxil ola bilməyən həmin şəxsin həyat yoldaşı polisə müraciət edib.