Çində koronavirusa görə 600dən çox reys təxirə salınıb


Dünya 24 Noy 2020 16:14:00 137 0

Çində koronavirusa görə 600dən çox reys təxirə salınıb

Çinin Şanxay və Tyantszin şəhərlərində koronavirusa yoluxma hallarının artması ilə əlaqədar 600-dən çox aviareys təxirə salınıb.

Son.az Trend-ə istinadən bildirir ki, Şanxay hava limanında 436 reys təxirə salınıb.

Bundan başqa, 165 reys Tyantszin hava limanında ləğv edilib.

Qeyd olunur ki, bu şəhərlərdə son günlərdə koronavirusa yoluxma hallarında artım müşahidə olunub.