JOCAP "Abşeron" yatağının işlənməsi ilə bağlı son işlər barədə


Digərləri 24 Noy 2020 13:40:00 288 0

JOCAP "Abşeron" yatağının işlənməsi ilə bağlı son işlər barədə

2021-ci ilin 2-ci rübündə "Abşeron" yatağının işlənməsinin 1-ci fazası üzrə layihə öncəsi tədqiqatlara başlamaq məqsədi ilə nəzarət və konseptual işlənmə tədqiqatı davam etdirilir.

Son.az bildirir ki, bunu Trend-ə JOCAP (Joined Operating Company Absheron Petroleum) şirkətindən bildiriblər.

Şirkətdən verilən açıqlamaya görə, Neft Daşlarının yaxınlığında Qurban Abasov gəmisi ilə platformanın dayaq bloklarının quraşdırılması 31 oktyabr tarixində başlamışdır və 2021-ci ilin 2-ci rübündə başa çatdırılmalıdır:

"ABD-001 quyusu ilə Neft Daşlarının qəbuledici qurğularının arasında boruların tikintisinə başlamaq üçün borudüzən barjın mobilizasiyası 2020-ci ilin dekabr ayının sonuna planlaşdırılır və bu işlərin 2021-ci ilin 2-ci rübünə tamamlanması gözlənilir".