Gürcüstanda 3128 yeni yoluxma,


Dünya 24 Noy 2020 13:18:00 164 0

Gürcüstanda 3128 yeni yoluxma,

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 3 128 yoluxma halı qeydə alınıb, 39 nəfər ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurası məlumat yayıb.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 111 818 nəfərə, ölənlərin sayı isə 1 051 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 92 215 nəfərin sağaldığı bildirilir.