120 oyunçulu Qarabağ məzhəkəsi:


Siyasət 24 Noy 2020 10:00:00 124 0

120 oyunçulu Qarabağ məzhəkəsi:

Fransanın 120 tanınmış ziyalısı və sənətçisi birgə müraciət imzalayaraq fransalılarla yanaşı, dünya birliyini Ermənistanla Dağlıq Qarabağın müdafiəsinə qalxmağa çağırıb.

"Le Figaro Magazine" jurnalında dərc olunmuş müraciəti imzalayanlar arasında məşhur aktyorlar Alen Delon, Klaudia Kardinale, Jan Reno, Fanni Ardan, Dani Bun, Jülyett Binov, Pyer Rişar, Jan Düjarden, habelə ziyalılar Jak Atali, Bernar-Anri Levi, rejissorlar Kosta-Qavras, Klod Leluş, Mişel Xazanaviçus, televiziyaçı Stefan Bern və tanınmış aşpaz Alen Dükas da var.

Azərbaycana və Türkiyəyə nifrət aşılayan, milli zəmində dözülməzlik ruhunda olan və reallıqdan çox uzaq "iddia"lara əsaslanan müraciətdə deyilir: "1915-ci ildə Osmanlı imperiyası rəhbərlərinin törətdikləri cinayətdən bir əsr sonra erməni xalqı yenə iki diktaturanın qurbanı olub. Çünki Bakı da, Ankara da yeni qanlı şikarı üzərində absolyut hakimiyyətə nail olmaq üçün nifrəti alovlandırırlar. Ermənilərin "Artsax" adlandırdıqları Dağlıq Qarabağda taleləri qəddarcasına dəyişib. İki min ildən artıq sadə, məğrur insanlar bu daşlı, gözəl ərazidən yapışaraq həmin torpaqlarda yaşayırdılar. Onlar öz torpaqlarında, keçilməz dağların qəlbində, acı tərləri ilə suvarılan vadilərdə evlər, məktəblər və ecazkar monastırlar tikərək yaşayırdılar".

Daha sonra vurğulanır ki, Azərbaycanla Türkiyə qarabağlı ermənilərin qanuni tələblərinin qarşısını almaq üçün onlara amansız hücumlar edib.

"Dağlıq Qarabağ ilk əvvəl öz çoxəsrlik mədəniyyəti, musiqisi, rəqsləri olan, dünyaya birləşmək istəyən, ona sırınmış anklav statusundan qurtulmaq istəyən insanların yaşadıqları yerdir. Bakının hakimiyyət dairələri üçünsə Artsax, sadəcə, nəyin bahasına olursa-olsun, Azərbaycan bayrağının asılmalı olduğu, çoxsaylı qatil PUA-ların uçacağı yerdir. Azərbaycan rəhbərliyi savaşın elə ilk günlərindən "ermənilər it kimi qovulacaq" deyərək məramını açıqladı. 21-ci əsrdə belə aqressiya, belə nifrət hiddət yaradır, çünki müasir dünyada ona yer yoxdur. Ona görə Ermənistanı, ona görə Artsaxı dəstəkləyirəm", - müüraciətdə deyilir.

Absurd, marazmatik, sarsaq, hətta sərsəm müraciətdir.

Fransanın 120 tanınmış ziyalısının, sənətçisinin, aktyorunun və s.-nin belə absurdu dəstəkləmələri, imzalamaları, sadəcə, təəssüf doğurardı, amma...

Amma iş ondadır ki, "Le Figaro"dakı müraciəti imzalayanların istisnasız olaraq hamısı Qarabağda, gerçəkdən də, nələrin baş verməsindən, münaqişənin səbəblərindən, köklərindən və indiki durumundan bixəbər zavallılardır.

Bəli, məhz zavallı, çünki onlar əqlin zavalına gələrək məlumatsızlıqlarını şəfqət, qərəzlərini humanizm, yanlış mövqelərini yardımsevərlik, abdallıqlarını isə siyasi mövqe ilə pərdələməyə çalışıblar.

Açıq məktub formasında, daha doğrusu formatında yazılmış bu müraciətdə qarabağlı ermənilər Qarabağda "evlər, məktəblər və ecazkar monastırlar tikən" toplum kimi qələmə verilir, təriflənir, mədh olunur.

Gerçəksə odur ki, elə həmin qarabağlı ermənilər Ermənistandan olan soydaşları ilə birlikdə Qarabağa, sözün bütün mənalarında, divan tutublar.

Evlər, məscidlər, binalar darmadağın edilib, şəhər və kəndlər viran qoyulub, yaşayış məkanları yandırılmış səhraya döndərilib.

Ağdam, Fizuli, Cəbrayılğ şəhərləri indi viranələr və xarabazarlar yeridir. Laçın və Kəlbəcərdə o torpaqların gerçək sahiblərinin tarixi, mədəni və sosial irsini məhv etmək üçün ermənilər ağla gələn və gəlməyən hər şeyi ediblər.

Şuşa belə, vandalizm, vəhşilik və barbarlıqla murdarlanıb.

Qarabağda ermənilər, sadəcə, özlərinə daxmavari evlər tikiblər. 28 ildən bəri işğalda saxlanmış ərazilərə baxsın həmin müraciət müəllifləri.

Baxsınlar və görsünlər ki, qarabağlı ermənilər "qədim məskənləri" saydıqları ərazilərdə belə normal infrastruktur qurmayıblar, yollar çəkməyiblər, kəndlər miskin, evlər daxmalar formasındadır. "Ecazkar monastırlarlar tikən" və "vadiləri acı tərlə" suvaran insanlar belə olmurlar.

İşğalda saxladıqları ərazilərdəki bütün tikililəri termit kimi gəmirib, dağıdıb, yox edən, şəhərləri darmadağın edən toplum heç bir halda mədəni, sivil və qədim tarixə malik sayıla bilməz.

İstənilən toplumun, xalqın, etnosun və sosiumun mənəvi dəyərləri, psixosomatik davranış modeli onun memarlıq abidələri ilə müəyyənləşdirilə bilər.

Qarabağdakı ermənilərin abidələrinə diqqətlə baxın.

Simalarda qəzəb, kin, küdurət, nifrət və qisas var. Daimi, səngiməyən qəddarlıq yağır o abidələrin simalarından.

Qarabağlı ermənilərin monastırları "asketik interyer və sadə eksteryer" prinsipi ilə qələmə verilsə də, erməni kilsələrində sanki Tanrı da bəndələrinə o qədər qəzəblidir ki, onlara yuxarıdan aşağı nifrətlə baxır.

Qarabağdakı erməni keşişlər bütün xristian məzhəblərindəki digər din xadimələrindən fərqli olaraq sanki Qədim Misirdəki Hatşepsut kahinləridir: daim qaşlar çatılı, simada ağrı, bitməyən hirs.

Budurmu "yaradıcı, qurucu millət"?

Qarabağlı ermənilərin belə davranışları təsadüfi deyil, çünki yaşam tərzidir və əsrlərdən bəri gələn dayanıqlı həyat kodudur.

19-cu əsrin ortalarında İrandakı erməniləri çar Rusiyası kütləvi şəkildə Qarabağa köçürərək "müsəlman vilayətində xristian əhalinin sayı"nı süni şəkildə artırmağa çalışanda ermənilər bilirdiləri ki, başqasının torpağına yerləşdiriliblər.

Bu səbəbdən də onların yaşamlarında yırtıcılıq, qonşunun malına göz dikmək, mümkündürsə, ərazisini ələ keçirmək yanğısı var.

Hindistanın şimal-qərbində yaşayan ulu əcdadları, indi dünya qaraçılarının baniləri sayılan tayfanın davranışının tam təkrarıdır bu.

Müraciətin məğzini fransalı obıvatelin şüuruna hücum cəhdi təşkil edir. Xüsusilə də Fransa prezidenti Emmanuel Makronun son günlərdə Azərbaycanla Türkiyəyə qarşı yönəlmiş aqressiv davranışı və isterik bəyanatları fonunda açıqlanmış bu "açıq məktub"un təsadüf olduğunu düşünmək sadəlövhlük olardı.

Fransa indi insan haqlarından, ədalətdən, demokratiyadan bəhs edir.

Ola bilər.

Lakin 1954-1962-ci illərdə Əlcəzairdə fransızlara qarşı azadlıq savaşını tarix unutmayıb. Fransanın müstəmləkə hakimiyyətinə qarşı olan savaş fransızların Əlcəzairdə 132 illik hakimiyyətinə son qoymuşdu. Lakin həmin savaşda fransızlar 1,5 milyondan artıq əlcəzairlini qətlə yetirdilər. Yüz minlərlə əlcəzairli yaralandı, itkin düşdü, qaçqınlara çevrildilər.

1994-cü ilin aprel-iyul aylarında Ruandada xutu və tutsi xalqları arasındakı toqquşmalarda 1 milyondan artıq insan həlak oldu. Həlak olanların çoxu, yəni 820 min nəfəri tutsilər idilər və onların ölümlərinin baiskarları arasında xutuları dəstəkləyən, onları silahlandıran və bilavasitə hərbi əməliyyatlarda iştirak edən fransalı hərbçilər xüsusi yer tuturdular.

Fransanın Afrikadakı müstəmləkələrində yerli xalqlara, tayfalara və qəbilələrə tutduğuu divanları, gerçəkləşdirdikləri qırğınları və vəhşilikləri sadalamaq niyyətindən uzağam.

Sadəcə, onu yazım ki, Parisin "qara qitə"dəki müstəmləkələrində 34 milyon insan qətlə yetirilib.

34 milyon insan bilavasitə Fransanın törətdiyi cinayətlərin qurbanlarıdır.

On milyonlara insanı özünün siyasi, iqtisadi və s. maraqlarına qurban verən, xalqlarla və dövlətlərlə amansızlıqla davranan Fransada 120 ziyalı və sənətçinin indi qarabağlı ermənilərin müdafiəsinə qalxmaları absurd teatrını xatırladır.

Emmanuel Makronun mövqeyinin leytmotivini təşkil edən islamofobiya və antitürk siyasəti bütünlüklə müraciətə inikas edib.

Açıq məktubdan belə çıxır ki, Türkiyə və Azərbaycan müsəlman ölkələri olduqları üçün düşmən, barbar və qaniçənlərin məkanlarıdır.

Qarabağlı ermənilərin "qanuni niyyətləri" də nə imiş? Sən demə, Azərbaycan ərazisində ikinci erməni dövləti qurmaq.

Müəlliflər Bakını həm də "Qarabağda nəyin bahasına olursa-olsun, Azərbaycan bayrağının dalğalanmasına çalışmaq"da suçlayırlar. Bu istəkdə və niyyətdə qeyri-adi nə var? Bəyəm Fransa hansısa əyalətində, Normandiyada və ya Korsikada bayrağının dalğalanmasını istəmir?

Olmayan rəsmi Paris Korsikada müstəqil dövlət yaranmasını istəyir, Elzas və Lotaringiyanı da Almaniyaya verməyə hazırlaşır?!

Təbii ki yox, çünki Fransa beynəlxalq hüquqa sayğı bəslədiyini və o hüququn normaları ilə prinsiplərinə riayətin ən ümdə məsələ olduğunu bəyan edir.

Belədirsə, 120 fransız ziyalının və sənətçinin məntiqlə bahəm, beynəlxalq hüquqa zidd olan açıq məktubu ən yaxşı halda Fransadakı erməni diasporunun sifarişi və maliyyəsi ilə gerçəkləşdirilən boş aksiyasıdır.

Ermənilərin "qədim tarixi" və "gələcək planları" təki.

Elçin Alıoğlu Son.az