Qazaxıstanda koronavirusa daha 678 nəfər yoluxub


Dünya 24 Noy 2020 09:39:00 131 0

Qazaxıstanda koronavirusa daha 678 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 678 nəfər yoluxub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 126 860 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 113 646 nəfəri sağalıb, 1 945 nəfəri isə vəfat edib.