İspaniya kralı karantinə gedir


Dünya 24 Noy 2020 08:13:00 146 0

İspaniya kralı karantinə gedir

İspaniya kralı VI Felipe yeni növ koronavirusa (COVİD-19) yoluxmuş şəxslə təmasdan sonra karantinə gedir.

Son.az Trend-ə istinadən bildirir ki, kral koronavirusa yoluxmuş şəxslə noyabrın 22-də təmasda olub. Normalara uyğun olaraq İspaniya kralı 10 gün müddətinə karantində olacaq.

Qeyd edək ki, İspaniyada yeni növ koronavirusa 1,58 milyondan artıq yoluxma qeydə alınıb. Koronavirusa yoluxanlardan 43 min nəfəri vəfat edib.