Cənubi Koreya cənub qonşusunu koreyalararası əlaqəni bərpa etməyə çağırır


Dünya 23 Noy 2020 23:05:00 148 0

Cənubi Koreya cənub qonşusunu koreyalararası əlaqəni bərpa etməyə çağırır

Koreya Respublikası və KXDR arasında daimi əlaqənin bərpası Seul və Pxenyan arasında münasibətlərin yenidən qurulması prosesində başlanğıc nöqtəsi ola bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Cənubi Koreyanın Birləşmə naziri Li İn Yon Seulda koreyalararası münasibətlərə həsr olunan forumda çağırış edib.

İki ölkə arasında əlaqə Şimali Koreyanın Keson şəhərində yerləşən koreyalararası rabitə ofisini partlatdığı iyun ayından etibarən kəsilib.

"Yeni ofisin açılması və əlaqənin bərpası yeni sülh müddətinin başlaması üçün siqnal ola bilər". - deyə Li İn Yon bildirib.

Ofisin partladılmasını koreyalıların sülh ümidlərini dağıdan səhv addım adlandıran nazir düşmənçiliyin yenidən gərginləşməsinə yol verməməyə çağırıb. O, həmçinin ikitərəfli əlaqənin gücləndirilməsi üçün Seulda KXDR-in, Pxenyanda isə Koreya Respublikasının nümayəndəliyinin açılmasını da təklif edib.