"Allah qismət etsə, Ağdamda torpağın üstündə iməkləyəcəyəm"


Şou-biznes 23 Noy 2020 21:05:00 176 0

"Allah qismət etsə, Ağdamda torpağın üstündə iməkləyəcəyəm"

"Dəcəl uşaq idim. Atam kolxoz sədri olub. Ona görə də bizim yaylağımız Abdal Gülablı, qışlağımız Ağdam idi. Sonra Bakıya gəldim, musiqi məktəbində oxudum".

Son.az axşam.az-a istinadən bildirir ki, bu szöləri Xalq artisti Rafiq Hüseynov (Rəmiş) "7Canlı" proqramına qonaq olarkən deyib. Gitara ifaçısı ata yurdu Ağdamdan danışıb. O bildirib ki, doğma torpaqlarının azad edildiyini eşidən gün sevincdən ağlayıb:

"Qarabağın suyu, otu, daşı-divarı muğam idi. Hər bir qarabağlının evində musiqi aləti var idi. Torpaqlarımızın azad olunmağını eşidəndə özümü saxlamaq istədim, amma olmadı. Gözümün yaşı axırdı. Bu hissləri demək mümkün deyil. Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət etsə, Ağdamda torpağın üstündə iməkləyəcəyəm".