Şuşa uğrunda şəhid olan müəllim


Digərləri 23 Noy 2020 20:32:00 182 0

Şuşa uğrunda şəhid olan müəllim

Daha bir müəllim Vidadi İsrafilov Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub.

Son.az xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinin feysbuk səhifəsində paylaşım edilib.  Şəhidin Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbində riyaziyyat müəllimi işlədiyi bildirilir. O, Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

"Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir",- deyə paylaşımda qeyd olunub.