İran Qız Qalası su anbarından istifadəyə hazırlaşır


Dünya 23 Noy 2020 20:37:00 176 0

İran Qız Qalası su anbarından istifadəyə hazırlaşır

İranın şimal-qərbində, Şərqi Azərbaycan vilayətində, Azərbaycanla sərhəddə Araz çayı üzərində yerləşən Qız Qalası su anbarının inşası ilə əlaqədar 3,65 trilyon rial (təxminən 86,9 milyon dollar) vəsait təmin olunduğu halda, ilin sonunadək (21 mart 2021) anbar su ilə doldurula bilər.

Son.az Trend-ə istinadən bildirir ki,bunu İranın Şərqi Azərbaycan regional su şirkətinin icraçı direktoru Yusif Qafarzadə deyib. Onun sözlərinə görə, son günlərdə bununla əlaqədar 625 milyard rial (təxminən 14,8 milyon dollar) vəsait ayrılıb.

Qafarzadə əlavə edib ki, hazırda Qız Qalası su anbarının ətrafında betonlama və sairə işlər həyata keçirilməkdədir. Bu su anbarında inşa işlərində 90% irəliləyiş var.

Şirkət rəsmisi bildirib ki, Qız Qalası su anbarı Xudafərin hidroqovşağından 12 km aşağı hissədə yerləşir.

"Qız Qalası su anbarı vasitəsi ilə 12 min hektar ərazinin su ilə təmin olunması nəzərdə tutulur. İlk mərhələdə 5,29 min hektar ərazi su ilə təmin olunacaq" - deyə, o qeyd edib.