"Füzuli şəhərinin yenidən qurulmasının, canlandırılmasının vaxtı gəlib çatıb" FOTO


Siyasət 23 Noy 2020 19:54:00 196 0

"Füzuli şəhərinin yenidən qurulmasının, canlandırılmasının vaxtı gəlib çatıb"  FOTO

Əlcəzairin Azərbaycandakı səfiri xanım Səlimə Abdelhak Xarici İşlər Nazirliyinin 22 Noyabr 2020-ci il tarixində azad edilmiş Füzuli şəhərinə təşkil etdiyi səfərdə iştirak edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, xanım səfir bildirib ki, dağılmış şəhər beynəlxalq müşahidəçilərin uzun illər davam edən münaqişənin acı nəticələrini görmələrinə imkan vermək üçün öz qapılarını açıb:

"Beynəlxalq hüququn bərpasından sonra Azərbaycana böyük sənətkarlar bəxş edən şəhəri səciyyələndirən sənət və mədəniyyətin yenidən qurulmasının, abadlaşdırılmasının və canlandırılmasının vaxtı gəlib çatıb".