İşğaldan azad olunan ərazilərdə aparılan ilkin monitorinqin nəticələri UNESCO və ISESCOya təqdim olunub
Kriminal 23 Noy 2020 18:42:00 83 0
Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov UNESCO və İSESCO-nun baş direktorlarına müraciət edib.
Bu xəbəri də oxu: Baş Prkurorluq həbs edilən Masallı Xəstəxanasının direktoru ilə bağlı məlumat yaydı
Mədəniyyət Nazirliyindən Son.az-a verilən məlumata görə, müraciətdə 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan və bu günlərdə işğaldan azad edilən Azərbaycan ərazilərində mədəni irsə dəymiş ziyanın müəyyənləşdirlməsi ilə bağlı ilkin monitorinqin aparıldığı diqqətə çatdırılıb.
Ermənistan tərəfindən işğal olunmuş torpaqlarda Azərbaycanın tarixi, mədəni və dini abidələrinə vurulmuş ziyanla bağlı ilkin monitorinqin nəticələri qeyd olunub.
Bildirilib ki, tarixi və mədəni irsin dağıdılması müvafiq beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulması və bəşəriyyətə qarşı törədilmiş cinayətdir.
Müraciətdə qeyd olunur ki, Azərbaycanda tarixən mövcud olmuş multikultural və tolerant cəmiyyətin inkişaf etdirilməsi bu gün dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu gün ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələri dinc yanaşı yaşayır və Azərbaycanın ümumi tərəqqisinə öz töhfələrini verirlər. Çoxsaylı müsəlman icması ilə yanaşı, xristian və yəhudi dini icmaları da cəmiyyətimizin fəal hissəsidir və bu dinlərə məxsus abidələr, ibadət yerləri mənşəyindən asılı olmayaraq Azərbaycan dövləti tərəfindən mühafizə olunur, təmir və bərpa edilir.
Sonda işğaldan azad olunmuş ərazilərdə davam edən monitorinqin nəticələrinin hər iki təşkilatın rəhbərlərinə mütəmadi olaraq təqdim ediləcəyi bildirilib.
Azərbaycan çempionu, baş leytenant Muxtar Qasımlının şəhid olması barə

Türkiyənin Burdur vilayətində COVID-19-a qarşı tədbirlər çərçivəsind

Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə

2020-ci ilin oktyabrında Azərbaycandan Türkiyəyə 20 027 turist səfər edib

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş Ukrayna Prezidenti Vla

Nəhayət, uzun illərdən sonra doğma torpaqlarımıza qovuşduq, Ağdam düş

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərində qələbələ

Vladimir Putinin Co Baydeni təbrik etməsindən öncə ABŞ-da prezident seçki

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səh

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Təhsil Nazirliyinin "Virtual məktəb" üzrə dəstək çağırışla

Hazırda paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrin

Müğənni Erol Köse "Pişti" adlı verilişdə qonaq olarkən İbrah

Azərbaycanda 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsull

"Xəstələri müalicə etmək üçün birinci onun beyin proqramını müa
