"Biz Qarabağı cənnətə çevirəcəyik"


Şou-biznes 23 Noy 2020 18:11:00 172 0

"Biz Qarabağı cənnətə çevirəcəyik"

Nəhayət, uzun illərdən sonra doğma torpaqlarımıza qovuşduq, Ağdam düşmən işğalından azad edildi.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycanın xalq artisti, Ağdam rayonu Sarıhacılı kəndində anadan olmuş Aygün Bayramova deyib.

O bildirib ki, rayonun azad olunması ilə bağlı sevincini sözlə təsvir etmək mümkün deyil:

"Mən bu xoşbəxtliyi bizə bəxş etdiyinə görə Ali Baş Komandan, Prezident İlham Əliyevə və rəşadətli ordumuza dərin təşəkkürümü bildirirəm".

Xalq artistinin sözlərinə görə, erməni işğalçıları evləri, məscidləri dağıtmaqla, meşələri yandırmaqla öz barbar mahiyyətlərini bir daha sərgiləyib:

"Onlar bilirdi ki, biz Qarabağa qayıdacağıq, ona görə də hər şeyi dağıdıb məhv edirdilər. Amma biz bu torpaqları dirçəldəcəyik, Qarabağ əvvəlki kimi olacaq, biz oranı cənnətə çevirəcəyik!"