Tovuzda yasa gələnlər ölənin COVİD xəstəsi olduğunu bilmədilər,


Digərləri 23 Noy 2020 17:38:00 146 0

Tovuzda yasa gələnlər ölənin COVİD xəstəsi olduğunu bilmədilər,

"Xəstələri müalicə etmək üçün birinci onun beyin proqramını müalicə etmək lazımdır. Beyin proqramı yerində olanda hər şey yolunu tapır".

Bunu Son.az-a açıqlamasında koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan 1 Sayli Kliniki Tibbi Mərkəzin terapevti, Tibb elmləri namizədi Eldar Kamranov deyib.

Həkim bildirirb ki, dövlətin sərtləşdirilmiş karantin rejimi ilə bağlı son qərarları çox düzgün qərardır:

"Birinci xəstəliyin müalicəsindən qabaq onun profilaktikasıdır, qarşısının alınmasıdır. Səhiyyə sistemində həmişə bu şeylər var ki, birinci qabaqlayıcı tədbrilər görülməlidir ki, biz bu xəstəliyə tutulmayaq, az tutulaq, tutulanda da yüngül keçirə bilək. Xəstəliklə mübarizənin birinci mərhələsində bu proses dayanır. Bizdə bu hallar aşağı göstəricidədir. Biz bu məsələyə çox əhəmiyyət vermədik. Çox insanlar maskadan imtina etdi, avtobusda kimə maska tax deyilirdisə xətrinə dəyirdi. Yas yerlərində yoluxanların sayı bir az da artdı. İnsanlar bir az laqeyd yanaşdılar, biganəliyə doğru getdilər. 

Müharibədəki qələbəmizlə bağlı ölkəmizdə kütləvi tədbirlərə qatılanlar da maskasız küçələrə yığıldılar... öpüşmək-görüşmək, belə olmaz. Hamıya bəllidir ki, bəli, hava soyuyanda virusun aktivliyi artır. İnsanlar daha çox qapalı məkanlarda isti olan yerlərdə yığışmağa üstünlük verirlər. Məsələn, hətta avtobusda yol gedəndə pəncərələri açmırıq, hava dövr eləmir. Belə bir vəziyyətdə əksəriyyət maskanı tam mənada yaddan çıxardı. Xüsusilə rayonlarda maska taxanlara lağ etməyə, gülməyə başladılar. İndi rayonlarda yoluxma sayında əməlli-başlı artım var.

Dövlətimiz nə qədər məhdudlaşdırıcı tədbir görürsə, bu hamısı xeyirimizədir. Biz əgər sərt karantin rejiminə əməl etsək böyük ehtimalla bir aydan sonra indiki tendensiya olmayacaq, yoluxanların sayında azalma müşahidə ediləcək. Çünki yoluxmada qırılma zənciri iki həftədən bir baş verir. o zəncirin qırılması üçün biz mütləq yenə maskadan istifadəyə ciddi əməl etməliyik, sərt karantin rejiminin qaydalarına əməl etməliyik.