Trampın koronavirus kokteyli istifadə lisenziyası aldı


Dünya 23 Noy 2020 17:16:00 158 0

Trampın koronavirus kokteyli istifadə lisenziyası aldı

ABŞ Qida və Dərman İdarəsi (FDA) hazırkı Prezident Donald Trampın koronavirus müalicəsində də istifadə edilən antikor kokteyli üçün təcili istifadə icazəsini verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Regeneron" şirkətinə məxsus antikor kokteyli ABŞ-da koronavirus müalicəsində yüksək riskli xəstələrə tətbiq edilə bilər.

Təsdiqlənmiş antikor kokteyli daha öncə Donald Trampın koronavirus müalicəsində istifadə edilib. Antikor kokteylinin virusa yoluxan pasiyentlərin xəstəxanaya yerləşdirilməyə ehtiyac olmadan xəstəliyi yüngül simptomlarla keçməsinə kömək etdiyi bildirilib.

Mütəxəssislər kokteylin xəstəliyin başlanğıcında tətbiq edilməli olduğunu söyləyirlər. Xəstəxanaya yerləşdirilmiş və ya oksigen terapiyasına ehtiyacı olan xəstələrdə istifadəsinə iczazə verilmir.