Həftəsonu baş verən yol qəzalarında 7 nəfər ölüb


Digərləri 23 Noy 2020 16:26:00 161 0

Həftəsonu baş verən yol qəzalarında 7 nəfər ölüb

Azərbaycanda şənbə və bazar günləri baş verən yol qəzalarının statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumatına görə, şənbə və bazar günləri respublikanın avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 7 nəfər ölüb, 8 nəfər xəsarət alıb.