Nazirlik: Bu il 3,4 milyonadək notariat hərəkəti rəsmiləşdirilib


Digərləri 23 Noy 2020 16:04:00 146 0

Nazirlik: Bu il 3,4 milyonadək notariat hərəkəti rəsmiləşdirilib

Bu il nazirlik tərəfindən 1 600-dən çox qanunvericilik aktı layihəsi hazırlanıb, 2 800-dən artıq normativ sənəd layihəsinə rəy verilib.

Son.az APA-ya istinadən bildirir ki, bunu Ədliyyə naziri Fikrət Məmmədov deyib. Onun sözlərinə görə, 3,4 milyonadək notariat hərəkəti rəsmiləşdirilib:

"230 mindən çox vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatına alınıb, bu əməliyyatlarla bağlı 6,5 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb".

Nazir qeyd edib ki, məhkəmə qərarlarının icrası, alternativ, o cümlədən özəl icra institutunun tətbiqi üzrə tədbirlər davam etdirilib, bu sahədə zəruri təhlillər aparılıb və beynəlxalq təşkilatlarla səmərəli əlaqələr qurulub:

"Bu il 375 min icra sənədinin icrası təmin edilib, 610 milyon manat vəsait hüquqi və fiziki şəxslərə, vergi borcları ilə bağlı dövlət büdcəsinə ödətdirilib, ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmamasına dair 370-dən çox iş üzrə ibtidai istintaq tamamlanıb".