İranda da karantin sərtləşdirildi


Dünya 23 Noy 2020 15:47:00 257 0

İranda da karantin sərtləşdirildi

İran hökuməti yeni tip koronavirusun yayılmasının qarşısını almaq üçün sərt karantin rejiminə keçib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Prezident Həsən Ruhaninin sədrlik etdiyi Koronavirusla Beynəlxalq Mübarizə Komitəsi qırmızı, narıncı və sarı ərazi hesab etdiyi bölgələrdə 15 gün karantin tətbiq olunacağını açıqlayıb.

Komitənin mətbuat katibi Əli Rza Rəisi açıqlamasında qeyd edib ki, yüksək riskli hesab edilən qırmızı bölgələrə 160, narıncı ərazilərə 208 və sarıya 80 vilayət daxildir.  

Karantin dövründə çörək və ərzaq mağazaları, xəstəxana və apteklər istisna olmaqla bütün məkanlar 15 gün fəaliyyət göstərməyəcək.

Həmçinin şəhərlərarası məsafə qadağan edilir. Qırmızı bölgələrə gedənlər 1 milyon (təxminən 66 manat), narıncı üçün 150 tümən (32 AZN) cərimə ödəyəcəklər. Gecə saat 21:00-dan sonra küçəyə çıxmaq isə qadağan edilib.