"Viranə qalmış şəhərdə Allaha açılan qollar" FOTO


Digərləri 23 Noy 2020 15:31:00 155 0

"Viranə qalmış şəhərdə Allaha açılan qollar"  FOTO

Ağdam... Erməni qoduqları şəhəri tam dağıdıb. Amma Ağdam qayıdacaq. Mütləq.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı İlqar Mikayıloğlu bir neçə gün əvvəl düşməndən azad edilən Ağdam şəhərindən paylaşdığı fotolarına yazıb. Həyat yoldaşı, aparıcı Zülfiyyə Bayramova ilə birlikdə cəbhə bölgəsinə yollanan Mikayıloğlu orada lentə alınan şəkillərini sosial şəbəkədə yayımlayıb.

Z.Bayramova da Ağdamda olduqlarını və şəhərin dağıdılmış görüntüsünü əks etdirən görüntüləri bölüşüb. "Viranə qalmış şəhərdə Allaha açılan qollar. Düşmənə qalmamaq üçün intihar edən Ağdam..." deyə, o, şəkillərə qeyd edib.