Rusiyada koronavirusa yoluxmada rekord qeydə alındı


Dünya 23 Noy 2020 15:14:00 134 0

Rusiyada koronavirusa yoluxmada rekord qeydə alındı

Rusiyada koronavirusa yoluxanların sayı 2,11 milyon nəfəri keçib.

Son.az Trend-ə istinadən bildirir ki,ölkədə son sutka ərzində 25 173 nəfər virusa yoluxub, 361 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 2 114 502 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 36 540 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 611 445 nəfər virusdan sağalıb, 466 517 nəfərin müalicəsi isə davam edir.