Netanyahu Səudiyyə Ərəbistanına gizli səfər edib


Dünya 23 Noy 2020 15:03:00 134 0

Netanyahu Səudiyyə Ərəbistanına gizli səfər edib

İsrailin baş naziri Benyamin Netanyahu Səudiyyə Ərəbistanına gizli səfər edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrail KİV-ləri bildirib.

Səfər zamanı naziri Mossadın rəhbəri Yossi Koen müşayiət edib. B.Netanyahunun Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanla görüşdüyü deyilir.

İsrail baş nazirinin administrasiyası xəbərə rəsmi münasibət bildirməyib.