Bakıda 8 kiloqrama yaxın heroin ələ keçirildi FOTO


Kriminal 23 Noy 2020 14:00:00 93 0

Bakıda 8 kiloqrama yaxın heroin ələ keçirildi  FOTO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyatlar davam etdirilir.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəlcə Bakı şəhər sakini Günel Abdullayeva saxlanılıb. Onun üzərinə baxış zamanı 395 qram heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Günel Abdullayevanın Yasamal rayonunda yaşadığı evdən 7 kiloqram 150 qram heroin, 780 qram metamfetamin və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən Yasamal rayonunda keçirilən daha bir əməliyyat zamanı isə paytaxt sakini Pərvanə İsayeva tutulub. Onun üzərinə baxış zamanı 9 qrama yaxın, yaşadığı evdən isə 635 qram heroin, 22 qramdan artıq psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Baş İdarənin əməkdaşları tərəfindən Abşeron rayonunda keçirilən əməliyyat zamanı isə paytaxt sakini, əvvəllər məhkum olunmuş Tehran Məcidov tutulub. Saxlanılan zaman onun üzərindən 52 qram heroin, 17 qram metamfetamin, yaşadığı Saray qəsəbəsində yerləşən evindən isə 200 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Baş İdarə əməkdaşlarının Sumqayıt şəhərində həyata keçirdikləri daha bir əməliyyat zamanı isə paytaxt sakini, əvvəllər məhkum olunmuş Tural Abıyev də saxlanılıb. Onun üzərinə baxış zamanı satışı və istifadəsi qadağan olunan 56 qram "Alisa", 16 qram "Tramadol", 67 qram "Paden 300" markalı güclü təsiredici xassəyə malik narkotik tərkibli həblər aşkar olunaraq götürülüb. Daha sonra Tural Abıyevin paytaxt ərazisində icarə əsasında işlədiyi aptekin ofisindən isə 117 qram "Paden 300" və 23 qram "Tramadol" adlı güclü təsiredici xassəyə malik narkotik tərkibli həblər aşkar olunaraq götürülüb.

Qeyd edək ki, bu əməliyyat zamanı Tural Abıyevdən ümumilikdə 1148 ədəd satışı qadağan edilən psixotop tərkibli dərmanlar aşkarlanıb.

Paytaxtın Nizami rayonunda həyata keçirilən sonuncu əməliyyat zamanı isə Naxçıvanski küçəsində yaşayan Bəxtiyar Zeynalov Baş İdarənin əməkdaşları tərəfindən tutulub. Onun üzərindən 53 qrama yaxın narkotik vasitə heroin və 32 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Həyata keçirilən sonuncu silsilə əməliyyatlar zamanı Baş İdarəsnin əməkdaşları tərəfindən 10 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddə, o cümlədən satışı qadağan edilmiş narkotik xassəli həblər qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslər tutularaq istintaqa təqdim olunublar. Əldə edilən narkotik vasitələrin mənbələrinin və ölkəmizə gətirilmə mexanizmlərinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azərbaycanlı aktrisa koronavirusa yoluxdu like
  • 23 Noy 13:57  
Digərləri Azərbaycanlı aktrisa koronavirusa yoluxdu

Aktrisa Şəhanə Yusufova koronavirusa yoluxub.

arrow Ətraflı
Fars körfəzi dəmiryolu ilə Xəzərə birləşəcək like
  • 23 Noy 13:52  
Digərləri Fars körfəzi dəmiryolu ilə Xəzərə birləşəcək

İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Ənzəli arasında d

arrow Ətraflı
Səməndər Rzayevin oğlu niyə intihar edib? like
  • 23 Noy 13:46  
Digərləri Səməndər Rzayevin oğlu niyə intihar edib?

Rəşid sakit təbiətli bir insan idi. Son illər ona qarşı da çox haqsızl

arrow Ətraflı
"Yasak Elma"da yeni aktyor  FOTO like
  • 23 Noy 13:41  
Digərləri "Yasak Elma"da yeni aktyor FOTO

Türkiyədə bir neçə mövsümdür yayımlanan "Yasak Elma" serialı

arrow Ətraflı
Gürcüstan yoluxma sayında rekordu yenilədi like
  • 23 Noy 13:35  
Dünya Gürcüstan yoluxma sayında rekordu yenilədi

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasın

arrow Ətraflı
Yağış kəsəcək like
  • 23 Noy 13:30  
Digərləri Yağış kəsəcək

Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən bulud

arrow Ətraflı
COVİD19 xəstələrinə bu preparatlar OLMAZ like
  • 23 Noy 13:24  
Digərləri COVİD19 xəstələrinə bu preparatlar OLMAZ

COVİD19 virus infeksiyasıdır! Virusa təsir edən effektiv antivirus preparat

arrow Ətraflı
Azərbaycan Seyran Ohanyanı beynəlxalq axtarışa verib like
  • 23 Noy 13:20  
Siyasət Azərbaycan Seyran Ohanyanı beynəlxalq axtarışa verib

Azərbaycan Xocalı soyqırımının əsas iştirakçısı olan Ermənistanın k

arrow Ətraflı
“Yaralanan kimi müavinimə dedim ki, gəl döyüşü idarə elə”  VİDEO like
  • 23 Noy 13:19  
Digərləri “Yaralanan kimi müavinimə dedim ki, gəl döyüşü idarə elə” VİDEO

Fəxrəddin Ağayev Füzulidən Qubadlıya kimi düşmənin ilk müdafiə səddi

arrow Ətraflı
Ermənistanda daha 24 nəfər koronavirusdan öldü like
  • 23 Noy 13:13  
Dünya Ermənistanda daha 24 nəfər koronavirusdan öldü

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasın

arrow Ətraflı
Açıq havada siqaret çəkənlər də 100 manat cərimələnəcəklər like
  • 23 Noy 13:10  
Digərləri Açıq havada siqaret çəkənlər də 100 manat cərimələnəcəklər

Sosial şəbəkələrdə açıq havada siqaret çəkən şəxslərin cərimə ol

arrow Ətraflı
Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb like
  • 23 Noy 13:08  
Digərləri Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb

2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana elektrik avada

arrow Ətraflı
"Bir çox əcnəbi məhkum karantinə əməl edilməklə ölkəsinə təhvil verilib" like
  • 23 Noy 13:04  
Digərləri "Bir çox əcnəbi məhkum karantinə əməl edilməklə ölkəsinə təhvil verilib"

Azərbaycanın cəzaçəkmə müəssisələrində koronavirus infeksiysının qa

arrow Ətraflı
"Ədliyyə strukturlarında koronavirusla bağlı preventiv işlər gücləndirilib" like
  • 23 Noy 13:03  
Digərləri "Ədliyyə strukturlarında koronavirusla bağlı preventiv işlər gücləndirilib"

Ədliyyə Nazirliyi tərəfindən koronavirusun qarşısının alınması ilə b

arrow Ətraflı