Rusiyadan ABŞa reaksiya


Dünya 23 Noy 2020 13:02:00 145 0

Rusiyadan ABŞa reaksiya

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Rusiya ilə silah nəzarətini təşkil edən "Açıq Səma Sazişi"ndən çıxmasına münasibət bildirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, nazirliyin açıqlamasında qeyd olunur:

"Bu, Rusiya üçün qəbuledilməzdir. "Açıq Səma Sazişi"nin yerdə qalan üzvlərindən bütün torpaqlarının müşahidə olunması, müşahidə uçuş materiallarının müqaviləyə tərəf olmayan üçüncü ölkələrə verilməməsi ilə bağlı çətinlikləri aradan qaldırılması barədə qarantiya gözləyirik.

Müqavilənin davam etməsini, Rusiyanın buna tərəf olmasını istəyirsə, ABŞ ciddi olaraq düşünməlidir. Vaşinqton öz həmləsini etdi. Nə Avropanın, nə də ABŞ və müttəfiqlərin təhlükəsizliyi buna fayda vermədi. İndi Qərbə Rusiyanın reaksiyası maraqlıdır. Cavab bəsiddir. Əvvəlcədən dediklərimizin üzərində dayanmışıq. Müqavilənin digər üzvlərinin sözləriylə hərəkətlərinin nə qədər uyğun olduğunu diqqətlə izləyirik. Rusiya və müttəfiqlərə uyğun qərarlar alınacaq".

Qeyd edək ki, Rusiya və ABŞ silahsız kəşf uçuşlarının hərbi fəaliyyətdə şəffaflığı artırmağa və silahlara nəzarət və digər razılaşmaların monitorinqini asanlaşdırmağa imkan verən "Açıq Səma Sazişi"ni  imzalayan 34 ölkə arasındadır.

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) coğrafiyasında etimad və təhlükəsizliyi artırma tədbirləri kimi nəzərdə tutulan və 1992-ci ildə imzalanan "Açıq Səma Sazişi"nin tərəfləri arasında Türkiyə də var.