Bakıda eyni yolda iki qəza


Digərləri 23 Noy 2020 11:51:00 133 0

Bakıda eyni yolda iki qəza

Bakıda eyni yolda baş verən iki avtomobil qəzası tıxaca səbəb olub.

Bu barədə Son.az-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Hadisə Aeroport yolunda qeydə alınıb.

Qəzalardan biri "Buta Palace" yaxınlığında baş verib. Zəncirvari qəza yolda sıxlığa səbəb olub.

Digər bir qəza da hava limanı istiqamətində olub. Baku Expo mərkəzi yaxınlığında "Ford" markalı yük avtomobili aşıb. Bu qəza səbəbindən də sıxlıq müşahidə olunur.