Rus hərbçilər itlərlə Qarabağı minadan təmizləməyə getdilər VİDEO


Siyasət 23 Noy 2020 11:34:00 147 0

Rus hərbçilər itlərlə Qarabağı minadan təmizləməyə getdilər  VİDEO

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbçiləri xüsusi təlim keçmiş itlərlə birlikdə Dağlıq Qarabağda minadan təmizləmə əməliyyatına göndərilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, yayılan videoda Rusiya hərbçilərinin xüsusi xidmət itləri ilə birlikdə təyyarəyə mindiyi əks olunur.

Mərkəzin yüzdən çox mütəxəssisinin artıq İrəvana gəldiyi və Xankəndiyə doğru yola düşdüyü bildirilib. Bundan əlavə əməliyyata robotlar da daxil olmaqla xüsusi texnikanın da cəlb olunduğu qeyd olunub.