"İnsanların COVİD19la bağlı qaydalara riayət etmə səviyyəsi mütəxəssisləri qane etmir"


Digərləri 23 Noy 2020 10:28:00 145 0

"İnsanların COVİD19la bağlı qaydalara riayət etmə səviyyəsi mütəxəssisləri qane etmir"

Bu gün biz mütəxəssisləri insanların COVİD-19-la bağlı qoruyucu tədbirlərə riayət etmə səviyyəsi qane etmir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, qapalı məkanlarda bu virusun yayılması üçün daha çox şərait var:

"Ancaq biz onu müşahidə edirik ki, qapalı məkanlarda qoruyucu tədbirlərə riayət etmə bir o qədər də kütləvi xarakter daşımır. İnsanlar onlara dəfələrlə deyilən sadə qaydalara riayət etməlidirlər. Bu, qapalı məkanlarda xüsusilə olmalıdır. Çünki hazırda hava soyuduğundan biz otaqları qızdırıcı sistemlərlə isidirik və havalandırmırıq. Əgər hava dəyişdirilmirsə, təmaslar yaxın olursa, belə şəraitdə yoluxma ehtimalı daha çox olur".

Mütəxəssis deyib ki, qapalı məkanlarda, xüsusilə mülayim temperatur və rütubətin az olduğu yerlərdə nəinki asqıranda və öskürəndə, hətta hündürdən danışdıqda da, virus hissəcikləri ətrafa yayılır: