54 yaşlı kişi çayda batdı


Digərləri 23 Noy 2020 10:01:00 134 0

54 yaşlı kişi çayda batdı

Pensər çayının Astara rayonu, Şiyəkəran kəndi ərazisindən keçən hissəsində bir nəfər batıb.

Son.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Həmin şəxs 1966-cı il təvəllüdlü Qulamov İsmayıl Şıxı oğludur. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.