Dünya hansı tarixdə normal həyata qayıdacaq? Professordan PROQNOZ


Dünya 23 Noy 2020 04:30:00 151 0

Dünya hansı tarixdə normal həyata qayıdacaq?  Professordan PROQNOZ

Alman biotexnologiya şirkəti "BioNTech"in qurucularından olan türkiyəli professor Uğur Şahin dünyada həyatın gələn qışdan etibarən normallaşa biləcəyini söyləyib.

Son.az xəbər verir ki, məşhur alimin yeni tip koronavirusa qarşı hazırladığı peyvəndin 90 faiz effektiv olduğu üzə çıxıb.

BBC-də "Andrew Marr Şou"da çıxış edən Uğur Şahin bildirib ki, bu qədər təsirli peyvənd virusun insanlar arasındakı yoluxuculuğunu 90 faiz olmasa da, 50 faiz azaldacaq. Professor qeyd edib ki, peyvənd pandemiyanın yayılmasının qarşısını əhəmiyyətli dərəcədə alacaq:

"Hər şey qaydasında olacağı təqdirdə, bu qışın sonunda və ya gələn ilin əvvəlində peyvəndin kütləvi istehsalına başlanacaq. Aprel ayına qədər dünya miqyasında ən az 300 milyon doza istehsal etmək niyyətindəyik. Odur ki, gələn qışda normal həyata qayıda biləcəyik. Lakin peyvəndlənmə proqramının hamısının gələn payızdan əvvəl tamamlanması vacibdir.

Peyvəndin əks təsiri vurulduğu yerdə bir neçə gün davam edən ağrı və yüngül hərarətdən ibarətdir. Tədqiqatları dayandıracaq ciddi əks təsirlə qarşılaşmadıq. BNT162b1 adlı peyvənd 6 ölkədə 43 min 538 nəfər üzərində sınaqdan keçirilib və sınaqlarda indiyə qədər ciddi təhlükəsizlik problemləri qeydə alınmayıb" .