Bu gün "Axırıncı aşırım"dakı Abbasqulu bəyin doğum günüdür FOTO


Kriminal 22 Noy 2020 21:20:00 53 0

Bu gün "Axırıncı aşırım"dakı Abbasqulu bəyin doğum günüdür  FOTO

O, milli kinomuzda Mirzə Səfər, Dədə Qorqud, Bəxtiyar, Qəmərlinski və başqa neçə-neçə unudulmaz obrazlar yaradıb. "Böyük dayaq" filmində çəkildiyi ilk rolu - Qaraş obrazı ilə kino aktyoru kimi özünün böyük potensialı olduğunu sübut edib. Yaratdığı rolların xarakterik xüsusiyyətləri həm də həmin obrazların qəhrəmanlardan ibarət olması idi...

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün kino sənətimizin inkişafında böyük xidmətləri olan Dövlət mükafatı laureatı, Xalq artisti Həsən Məmmədovun anadan olmasının 82-ci ildönümü tamam olur.

Görkəmli aktyor Həsən Məmmədov 1938-ci il noyabrın 22-də Salyan rayonunda doğulub. Burada 2 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib. 1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda diktor işləyib, 1962-ci ildə məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilib. Həmin ildən başlayaraq on il ərzində kino çəkilişlər ilə əlaqədar fasilələrlə burada çalışıb.

Kino aktyoru kimi ildən-ilə məşhurlaşan Həsən Məmmədov 1972-ci il fevralın 2-də "Azərbaycanfilm" kinostudiyasına işə qəbul edilib. O, 1989-cu ildə Cəmil Əlibəyovun "Gülüstanda qətl" dramının tamaşasında İlyas İbrahimov rolunu oynayıb. O, Akademik Teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvəti ilə 1992-ci ildən ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışıb.

Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.

Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılığında xüsusi yer tutur. O, "Böyük dayaq" (Qaraş), "Arşın mal alan" (Əsgər), "Gün keçdi" (Oqtay), "Arxadan vurulan zərbə" (Qəmərlinski), "Bizi bağışlayın" (Nəriman), "Birisi gün gecə yarısı" (Baba Əliyev), "İstintaq" (Murad), "Dədə Qorqud" (Dədə Qorqud), "Axırıncı aşırım" (Abbasqulu ağa Şadlinski), "Sevil" (Balaş), "Yeddi oğul istərəm" (Bəxtiyar), "Bir cənub şəhərində" (Murad), "Qızıl qaz" (Fərman), "Bakıda küləklər əsir" (General), "Alma almaya bənzər" (Qurban), "Səmt küləyi" (Əlibala), "İstintaq davam edir" (Əzimov), "Şahid qız" (Polkovnik), "Qəm pəncərəsi" (Məmmədhəsən əmi), "Papaq" (Mirzə Səfər), "Həm ziyarət, həm ticarət" (Əlimurad), "Zirvə" (Kamil) filmlərində yaddaqalan rollar yaradıb.

Həsən Məmmədov teatr və kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. "İstintaq" bədii filmindəki Murad roluna görə 1981-ci ildə SSRİ Dövlət, "Birisi gün gecə yarısı" kino lentindəki Baba Əliyev obrazına görə isə Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif edilib.

Görkəmli aktyor 2003-cü ildə vəfat edib.

Dağlıq Qarabağ və ona bitişik 7 rayon  Azərbaycandır  Makronun etirafı  VİDEO like
  • 22 Noy 21:15  
Siyasət Dağlıq Qarabağ və ona bitişik 7 rayon Azərbaycandır Makronun etirafı VİDEO

Dağlıq Qarabağ və ona bitişik 7 rayon beynəlxalq hüquqa görə Azərbayca

arrow Ətraflı
Türkiyədə koronavirusa yoluxanların sayı 446 mini keçib like
  • 22 Noy 21:10  
Dünya Türkiyədə koronavirusa yoluxanların sayı 446 mini keçib

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 139

arrow Ətraflı
"Min bir gecə" baleti və ya like
  • 22 Noy 21:05  
Kriminal "Min bir gecə" baleti və ya

Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından

arrow Ətraflı
Gürcüstanda komendant saatı yenidən tətbiq olunur like
  • 22 Noy 20:55  
Dünya Gürcüstanda komendant saatı yenidən tətbiq olunur

Gürcüstanda keçirilən parlament seçkilərinin ikinci turundan sonra komenda

arrow Ətraflı
Yaponiyada COVID19a yoluxma sayı rekord həddə çatıb like
  • 22 Noy 20:45  
Dünya Yaponiyada COVID19a yoluxma sayı rekord həddə çatıb

Yaponiyada noyabrın 22-nə olan son məlumata görə, ölkədə COVID-19-a reko

arrow Ətraflı
Rumıniyada koronavirusa yoluxanların sayı 400 mini ötüb like
  • 22 Noy 20:35  
Dünya Rumıniyada koronavirusa yoluxanların sayı 400 mini ötüb

Rumıniyada koronavirusa yoluxanların sayı 412 min 808 nəfərə çatıb.

arrow Ətraflı
Fransada son sutka ərzində 1138 nəfər koronavirusun qurbanı olub like
  • 22 Noy 20:24  
Dünya Fransada son sutka ərzində 1138 nəfər koronavirusun qurbanı olub

Fransada son sutka ərzində COVID-19-dan 381-i xəstəxanalarda, 757-i isə qoc

arrow Ətraflı
Rusiyanın FHNi Şuşa və Xankəndi şəhərlərinə humanitar yardım göndərib like
  • 22 Noy 20:14  
Digərləri Rusiyanın FHNi Şuşa və Xankəndi şəhərlərinə humanitar yardım göndərib

Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Fövqəladə Hall

arrow Ətraflı
Üçüncü koronavirus dalğası ola bilər like
  • 22 Noy 20:04  
Dünya Üçüncü koronavirus dalğası ola bilər

Avropada koronavirusun ikinci dalğasının səbəbi yay aylarında buna lazımi

arrow Ətraflı
Ombudsman BQXKnin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb like
  • 22 Noy 19:54  
Digərləri Ombudsman BQXKnin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

arrow Ətraflı