"Min bir gecə" baleti və ya


Kriminal 22 Noy 2020 21:05:00 64 0

"Min bir gecə" baleti və ya

Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 98 il ötür

Azərbaycan klassik musiqi sənətinin görkəmli nümayəndəsi Fikrət Əmirov ötən əsrin istedadlı bəstəkarı olaraq dərin dramatizmli əsərlər yaradaraq, milli mədəniyyətimizə yeni nəfəs gətirib. Dünyaca məşhur sənətkarın irsi hər zaman diqqətdədir və tədqiq olunur.

Zəmanəmizin görkəmli bəstəkarı Fikrət Əmirovun bəstəkarlıq sahəsindəki yaradıcılığı, ictimai-siyasi fəaliyyəti geniş və rəngarəngdir. Onun yaradıcılığı çoxmillətli keçmiş ittifaqın hər yerində, dünyanın müxtəlif ölkələrində geniş tanınıb, böyük dinləyici kütləsinin məhəbbət və hörmətini qazanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun anadan olmasından 98 il ötür.

Fikrət Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə, tanınmış müğənni və tarzən Məşədi Cəmil Əmirovun ailəsində dünyaya göz açıb. O, Gəncədə musiqi məktəbinin tar sinfində, sonra Bakıda musiqi məktəbində təhsil alıb, 1939-cu ildə isə Bakı Konservatoriyasına daxil olub. Burada o, məşhur pedaqoq Boris Zeydmandan bəstəkarlığın sirlərini, dahi Üzeyir Hacıbəylidən Azərbaycan xalq musiqisinin əsaslarını öyrənib.

Onun diplom işi "Ulduz" operası olub. Sonra "Nizaminin xatirəsinə" simfoniyasını, "Şur" və "Kürd ovşarı" simfonik muğamlarını, "Sevil" operasını yazıb. 1942-1945-ci illərdə Fikrət Əmirov filarmoniya orkestrinin bədii rəhbəri və Gəncə musiqi məktəbinin direktoru, 1946-1947-ci illərdə Bakı simfonik orkestrinin rəhbəri, 1956-1959-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, SSRİ Bəstəkarlar İttifaqının Azərbaycan bölməsinin katibi olub.

Fikrət Əmirov müxtəlif janrlarda əsərlər yazıb. Onun "Azərbaycan kapriççiosu", "Gülüstan-Bayatı-Şiraz", "Nəsimi əfsanəsi" kimi simfonik əsərləri daha populyardır. Yaradıcılığında Azərbaycan muğamlarından bəhrələnmiş bəstəkar improvizə və variasiya üsullarından istifadə etməklə sanballı polifonik əsərlər yaradıb. O, bir sıra məşhur mahnıların, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqilərin müəllifidir. Həyatının son illərində F.Əmirov balet sənəti sahəsində daha çox işləyib. 1973-cü ildə o, "Nəsimi dastanı" baletini, 1979-cu ildə isə Şərq nağılları motivləri əsasında "Min bir gecə" baletini yazıb. Bu balet sənətkara böyük şöhrət qazandırıb. Fikrət Əmirovun sonuncu irihəcmli əsəri "Nizami" baleti olub.

Azərbaycan və Şərq musiqisinin inkişafında böyük rol oynamış F.Əmirov bir çox fəxri adlara və mükafatlara layiq görülüb.

Görkəmli bəstəkar 1984-cü il fevralın 20-də Bakıda vəfat edib.

Gürcüstanda komendant saatı yenidən tətbiq olunur like
  • 22 Noy 20:55  
Dünya Gürcüstanda komendant saatı yenidən tətbiq olunur

Gürcüstanda keçirilən parlament seçkilərinin ikinci turundan sonra komenda

arrow Ətraflı
Yaponiyada COVID19a yoluxma sayı rekord həddə çatıb like
  • 22 Noy 20:45  
Dünya Yaponiyada COVID19a yoluxma sayı rekord həddə çatıb

Yaponiyada noyabrın 22-nə olan son məlumata görə, ölkədə COVID-19-a reko

arrow Ətraflı
Rumıniyada koronavirusa yoluxanların sayı 400 mini ötüb like
  • 22 Noy 20:35  
Dünya Rumıniyada koronavirusa yoluxanların sayı 400 mini ötüb

Rumıniyada koronavirusa yoluxanların sayı 412 min 808 nəfərə çatıb.

arrow Ətraflı
Fransada son sutka ərzində 1138 nəfər koronavirusun qurbanı olub like
  • 22 Noy 20:24  
Dünya Fransada son sutka ərzində 1138 nəfər koronavirusun qurbanı olub

Fransada son sutka ərzində COVID-19-dan 381-i xəstəxanalarda, 757-i isə qoc

arrow Ətraflı
Rusiyanın FHNi Şuşa və Xankəndi şəhərlərinə humanitar yardım göndərib like
  • 22 Noy 20:14  
Digərləri Rusiyanın FHNi Şuşa və Xankəndi şəhərlərinə humanitar yardım göndərib

Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Fövqəladə Hall

arrow Ətraflı
Üçüncü koronavirus dalğası ola bilər like
  • 22 Noy 20:04  
Dünya Üçüncü koronavirus dalğası ola bilər

Avropada koronavirusun ikinci dalğasının səbəbi yay aylarında buna lazımi

arrow Ətraflı
Ombudsman BQXKnin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb like
  • 22 Noy 19:54  
Digərləri Ombudsman BQXKnin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

arrow Ətraflı
Koronavirus pandemiyası səbəbindən İspaniyada xəstələr iki ay gec əməliyyat olunacaq like
  • 22 Noy 19:44  
Dünya Koronavirus pandemiyası səbəbindən İspaniyada xəstələr iki ay gec əməliyyat olunacaq

İspaniyada əməliyyatı gözləmə müddəti hazırda orta hesabla 170 gün t

arrow Ətraflı