Rumıniyada koronavirusa yoluxanların sayı 400 mini ötüb


Dünya 22 Noy 2020 20:35:00 107 0

Rumıniyada koronavirusa yoluxanların sayı 400 mini ötüb

Rumıniyada koronavirusa yoluxanların sayı 412 min 808 nəfərə çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, son 24 saat ərzində 9 min 685 yeni yoluxma hadisəsi qeydə alınıb. Ölkədə koronavirusdan ölənlərin sayı 9 min 916 nəfər təşkil edir. 287 min 310 nəfər isə xəstəlikdən sağalıb.

Qeyd edək ki, Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.