“Associated Press” azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq arzularından yazır


Siyasət 22 Noy 2020 17:52:00 72 0

“Associated Press” azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq arzularından yazır

"Associated Press News" agentliyi azərbaycanlı məcburi köçkünlərlə bağlı məqalə yayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Müharibə səbəbindən köçkün düşən azərbaycanlılar evlərinə geri qayıtmaq istəyirlər, əgər belə bir ev qalıbsa" sərlövhəli reportajda əvvəlcə Azərbaycanın Qarabağda altı həftə davam edən uğurlu hərbi əməliyyatlarından bəhs olunur.

Bildirilir ki, 1990-cı illərdə müharibə zamanı azərbaycanlılar Qarabağdan və ətraf ərazilərdən çıxarılıblar. Altı həftəlik hərbi əməliyyatlardan sonra noyabrın 10-da Azərbaycan həmin ərazilərə nəzarəti bərpa etdi. Hərbi əməliyyatlara son qoyan razılaşmaya əsasən qalan ərazilər də Azərbaycana qaytarılır. Azərbaycan hərbçiləri sülh yolu ilə qaytarılan ərazilərdən birincisi olan Ağdama girdikdə isə şəhərin tam bir xarabalığa çevrildiyini gördülər.

1992-ci ildə köçkün düşmüş Adil Şərifov adlı şəxs deyir ki, onun doğma Cəbrayıl rayonunda da eyni vəziyyətdir. Lakin buna baxmayaraq o, Cəbrayıla geri qayıdacağı günün həyatının ən xoşbəxt günü olacağını qeyd edir.

Müəllif yazır Cəbrayıl hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən geri qaytarılıb. Rayon azad ediləndən sonra Adilin qohumlarından biri oraya gedib və şəhərin, eləcə də bir vaxtlar yaşadıqları evin dağıdıldığını bildirib. Uzun illər ərzində Cəbrayıldan aldıqları pis xəbərlərə baxmayaraq, Adilin anası evlərinin açarlarını hələ də saxlayıb. Adil orada daha yaxşı ev tikdirəcəyini deyir. Adil Şərifov bildirir ki, Qarabağda yaşayan ermənilər Azərbaycanın qanunlarına əməl etsələr, özlərini sakit aparsalar onlarla sülh içində yaşaya biləcəyik. Bizim də istədiyimiz sülhdür.

Məqalədə qeyd edilir ki, Şuşadan olan 50 yaşlı Ülviyyə Cumayeva isə ən azı daha yaxşı vəziyyətdə olan şəhərə qayıda biləcək. Döyüşlərdə iştirak edən qardaşı Nəsimi ona zəng edib bir vaxtlar yaşadıqları evin salamat qaldığını deyib.

Müəllif xatırladır ki, Şuşanı da Azərbaycan Ordusu geri qaytarıb. Ülviyyə Cumayeva deyir ki, onlar evlərini tərk edəndən sonra ermənilər gəlib orada yaşayıblar və bütün əşyaları aparıblar. O, Bakıda evlərinin olmasına baxmayaraq, hər zaman Şuşaya qayıtmaq ümidi ilə yaşadıqlarını bildirib. Ülviyyə Cumayeva onun məktəb yoldaşları arasında ermənilərin də olduğunu xatırlayaraq deyib ki, o, onlara qarşı heç vaxt pis münasibətdə olmayıb. Müharibəni başladıb, qırğınlar törədən Ermənistanın cinayətkar liderləridir. O, ermənilərin bir vaxtlar qeyri-qanuni məskunlaşdıqları rayonları bu günlərdə əldə edilmiş razılaşmaya əsasən tərk edərkən azərbaycanlılara məxsus evləri yandırmalarından çox hiddətləndiyini də qeyd edir.

Görkəmli kinorejissor, Xalq artisti Rasim Ocaqovun xatirəsi anılıb  FOTO like
  • 22 Noy 17:45  
Kriminal Görkəmli kinorejissor, Xalq artisti Rasim Ocaqovun xatirəsi anılıb FOTO

Bu gün Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, operat

arrow Ətraflı
Aydan Axundova koronavirusa yoluxub like
  • 22 Noy 17:39  
Digərləri Aydan Axundova koronavirusa yoluxub

Aparıcı Aydan Axundova koronavirusa yoluxub.

arrow Ətraflı
"Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir" like
  • 22 Noy 17:32  
Siyasət "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir"

Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsid

arrow Ətraflı
"Füzuli tezliklə çiçəklənmə və xoşbəxtlik şəhəri olacaq" like
  • 22 Noy 17:26  
Siyasət "Füzuli tezliklə çiçəklənmə və xoşbəxtlik şəhəri olacaq"

Biz Fizuli şəhərinin Ermənistan tərəfindən dağıdılmış Mədəniyyət

arrow Ətraflı
"Hercai"nin aktrisası mükafatlandırıldı  FOTO like
  • 22 Noy 17:13  
Digərləri "Hercai"nin aktrisası mükafatlandırıldı FOTO

Türkiyənin məşhur serialı "Hercai"nin aktrisası İlay Erkök mü

arrow Ətraflı
Qalstyan: "Paşinyan alçaldılmış erməni dövlətçiliyinin rəmzidir" like
  • 22 Noy 17:06  
Dünya Qalstyan: "Paşinyan alçaldılmış erməni dövlətçiliyinin rəmzidir"

Nikol Paşinyan nəinki məğlubiyyətimizin, xəyanətimizin, həm də alçald

arrow Ətraflı
Dubay əmirinin arvadı sevgilisinə susması üçün 1,2 milyon sterlinq ödəyibmiş like
  • 22 Noy 16:53  
Dünya Dubay əmirinin arvadı sevgilisinə susması üçün 1,2 milyon sterlinq ödəyibmiş

Dubay əmiri Şeyx Məhəmməd ibn Rəşid əl-Maktumun 6-cı arvadı, iki uşaq

arrow Ətraflı
Dünyanın ən bahalı şəhərləri açıqlandı like
  • 22 Noy 16:46  
Dünya Dünyanın ən bahalı şəhərləri açıqlandı

Dünyanın ən bahalı şəhərlərinin siyahısı açıqlanıb. 

arrow Ətraflı
Ağ günə çıxan Ağdamdan like
  • 22 Noy 16:40  
Digərləri Ağ günə çıxan Ağdamdan

"Yeni Müsavat" qəzetinin Ağdama ezam olunmuş əməkdaşları bu g

arrow Ətraflı
Ağsuda ev yanıb like
  • 22 Noy 16:33  
Digərləri Ağsuda ev yanıb

Ağsu rayonunda yanğın olub.

arrow Ətraflı
İranda daha 475 nəfər koronavirusdan öldü like
  • 22 Noy 16:27  
Dünya İranda daha 475 nəfər koronavirusdan öldü

İranda indiyədək 603 445 nəfər koronavirusdan (COVID 19) sağalıb.

arrow Ətraflı
Kraliçanın hədiyyəsini başqasına verdilər like
  • 22 Noy 16:20  
Digərləri Kraliçanın hədiyyəsini başqasına verdilər

Şahzadə Harri və həyat yoldaşı Meqan Markl onlara hədiyyə edilən evi ba

arrow Ətraflı
"Cavad Zərifin Bakıya səfər proqramı yenidən hazırlanacaq" like
  • 22 Noy 16:14  
Dünya "Cavad Zərifin Bakıya səfər proqramı yenidən hazırlanacaq"

İranın xarici işlər naziri  Məhəmməd Cavad Zərifin Bakıya səfər pro

arrow Ətraflı
İbrahim Qalın: "Rusiya hərbçiləri orada 5+5 il qalacaqlar" like
  • 22 Noy 16:01  
Siyasət İbrahim Qalın: "Rusiya hərbçiləri orada 5+5 il qalacaqlar"

Türkiyə zatən Azərbaycandadır və hər zaman da olacaq. Müşahidə qüvvə

arrow Ətraflı