Koronavirus xəstəsi karantin postunda saxlanıldı FOTO


Digərləri 22 Noy 2020 14:23:00 159 0

Koronavirus xəstəsi karantin postunda saxlanıldı  FOTO

Şəkidə rayon ərazisində qurulmuş karantin postunda yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, həmin şəxsin rayonun Qoxmuq kənd sakini F.Nəsibov olduğu müəyyən edilib. Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq F.Nəsibov qaydaları pozaraq yaşadığı evi tərk edib.

O, polis əməkdaşlarının da müşayiəti ilə yaşadığı evə geri qaytarılıb.

F.Nəsibov barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.