Ficidə zəlzələ


Dünya 22 Noy 2020 13:25:00 178 0

Ficidə zəlzələ

Sakit Okeanın Fici sahilləri yaxınlığında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, zəlzələnin episentri ölkənin paytaxtı Suva şəhərindən 449 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.

Mümkün dağıntılar və sunami təhlükəsi barədə məlumat verilməyib.