Ermənistanda koronavirusdan daha 21 nəfər öldü
Dünya 22 Noy 2020 13:05:00 176 0
Ermənistanda ötən sutka ərzində daha 1385 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.
Son.az APA-ya istinadən bildirir ki, sutka ərzində COVİD-19-a yoluxmuş 21 nəfər vəfat edib.
Bununla da Ermənistanda koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 1952 nəfərə çatıb. Koronavirusa yoluxan, ancaq digər səbəblərdən ölənlərin sayı isə ümumilikdə 501 nəfərdir.
Mənbə: milli.az