Düşmən Qarabağda məhv edilən daha 41 itkisini açıqladı


Dünya 22 Noy 2020 10:36:00 141 0

Düşmən Qarabağda məhv edilən daha 41 itkisini açıqladı

Ermənistan ordusu üçtərəfli razılaşmadan (10 noyabr) əvvəl Dağlıq Qarabağda məhv edilmiş daha 41 hərbçinin adını açıqlayıb.

Erməni KİV-ləri xəbər verir ki, bununla işğalçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 1674-ə çatıb. Real faktlara əsasən, Ermənistanın itkiləri göstərilən rəqəmlərdən qat-qat çox olub. Üstəlik, düşmən ordusuna terrorçular və muzdlular da cəlb edilib. Onların ölüm statistikası aparılmayıb. Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan Qarabağda azı 4750 erməni hərbçinin öldüyünü açıqlamışdı. (virtualaz.org)