Parisdə nümayişlər zamanı 23 nəfər saxlanıldı


Dünya 22 Noy 2020 10:29:00 167 0

Parisdə nümayişlər zamanı 23 nəfər saxlanıldı

Noyabrın 21-də Fransa parlamentində müzakirə edilən "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinə qarşı çıxan bir qrup paytaxt sakini etiraz aksiyası keçirib.

APA TASS-a istinadən xəbər verir ki, aksiyalar zamanı bir polis əməkdaşı xəsarət alıb.

Jurnalistlərə və söz azadlığına dəstək şüarları səsləndirən nümayişçilər zibil qutularını, lövhələri yandırmağa başlayaraq polisə daş parçaları atıblar. Etirazçılara qarşı su şırnaqlarından istifadə edilib. 

Yerli polisin məlumatına görə, paytaxtın əsasən Trokadero meydanında keçirilən etiraz aksiyalarında 23 iştirakçı saxlanılıb. Bir neçə saat ərzində ərazi etirazçılardan tamamilə təmizlənib.