Daşkəsəndə ev yanıb
Digərləri 22 Noy 2020 09:24:00 207 0
Daşkəsən rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Zağalı kəndində ümumi sahəsi 432 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 40 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Mənbə: milli.az