ÜST: Dünyada koronavirusa yoluxanların sayı 641 mindən çox artıb


Dünya 22 Noy 2020 08:09:00 150 0

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 641 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 641 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 641 669 nəfər yeni koronavirusa yoluxub, 11 752 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 57 274 018, ölənlərin isə 1 368 000 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.