Cinayətkar dəstə bir neçə bankda müştərilərə məxsus seyflərdən milyonlarla avro pul oğurlayıb


Dünya 22 Noy 2020 07:55:00 52 0

Cinayətkar dəstə bir neçə bankda müştərilərə məxsus seyflərdən milyonlarla avro pul oğurlayıb

Avstriyanın bir neçə bankında qeyri-adi qarət hadisəsi baş verib. Peşəkar cinayətkar dəstə bütün elektron təhlükəsizlik baryerlərini aşaraq həmin banklarda müştərilərə məxsus seyflərə müdaxilə edib və bir neçə milyon avro dəyərində pul və qiymətli əşyaları oğurlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Aşağı Avstriya federal əyaləti və Vyana şəhərində yerləşən bank filialları müştərilərə ən son texnologiyaların köməyi ilə xidmət göstərir. Belə ki, bu bank filiallarında seyf kirayə edən müştərilər bank əməkdaşlarının iştirakı olmadan 24 saat rejimdə müvafiq təhlükəsizlik mexanizmləri və kodlarla öz seyflərindən istifadə edə bilirlər. Elektron təhlükəsizlik prosesindən sonra xüsusi otaqda müştəriyə məxsus seyf bankın deposundan təqdim edilir və yenidən müştəri tərəfindən depoya ötürülür.

Məhz bu filiallar üzrə "ixtisaslaşan" peşəkar cinayətkar dəstə bütün texniki və təhlükəsizlik maneələrini aşaraq, bir çox müştərinin bankdakı seyfini açıb, oradan pul və qiymətli əşyaları ələ keçiriblər.

Avstriya polis orqanlarının məlumatına görə, baş verən silsilə cinayət hadisəsi barədə polisə məlumat noyabrın 20-də daxil olub. Lakin hesab olunur ki, cinayətkar dəstə oktyabr ayından başlayaraq gecə saatlarında bank seyflərinə dəfələrlə müdaxilə etməyi bacarıb. Filiallarda heç bir güc tətbiqi baş vermədiyinə görə polis cinayət hadisəsi barədə yalnız seyf sahiblərinin şikayətindən sonra xəbər tutub.

Cinayət hadisələri baş verən banklardan bildirilib ki, müştərilərə dəyən zərərin miqdarı milyonlarla avroya bərabərdir. Lakin hər bir seyfin tərkibi 4000 avro məbləğində sığortalandığına görə dəymiş zərərin müəyyən edilməsi və ödənilməsi mürəkkəb prosesə çevrilə bilər. Qanunla bankların seyflərdə saxlanılan qiymətli əşyalar və pulun miqdarı barədə məlumat əldə etmə hüququ olmadığına görə, müştərilərlə banklar arasında yaxın gələcəkdə qalmaqal və çəkişmələr qaçılmaz ola bilər. Eyni zamanda, digər müştərilərin həmin banklara qarşı etimadının azalması onların nüfuzuna da zərbə vuracaq.

Təkbaşına 30dan çox erməni öldürən igidimiz  VİDEO  FOTO like
  • 22 Noy 07:49  
Digərləri Təkbaşına 30dan çox erməni öldürən igidimiz VİDEO FOTO

Sentyabrın 27-i başlayan Vətən müharibəsində misilsiz igidliyi ilə seçi

arrow Ətraflı
"EU Reporter": Azərbaycan regionda yeni reallıq yaratdı like
  • 22 Noy 07:11  
Siyasət "EU Reporter": Azərbaycan regionda yeni reallıq yaratdı

Avropanın nüfuzlu "EU Reporter" analitik portalı "Dağlıq Qar

arrow Ətraflı
İspaniya əhalisinin əksəriyyəti gələn ilin iyul ayınadək... like
  • 22 Noy 06:30  
Dünya İspaniya əhalisinin əksəriyyəti gələn ilin iyul ayınadək...

İspaniyanın Baş naziri Pedro Sançes bəyan edib ki, artıq onun ölkəsi Alm

arrow Ətraflı
OECD: Pandemiyanın zərəri ötən bir neçə ayda deyil, qarşıdakı aylarda müşahidə ediləcək like
  • 22 Noy 04:30  
Dünya OECD: Pandemiyanın zərəri ötən bir neçə ayda deyil, qarşıdakı aylarda müşahidə ediləcək

Hökumətlərin artan xərcləri qarşılamaq qabiliyyətinin son həddi yaxınl

arrow Ətraflı
Pekinin hava limanlarından 300ə yaxın uçuş təxirə salınıb like
  • 22 Noy 00:45  
Dünya Pekinin hava limanlarından 300ə yaxın uçuş təxirə salınıb

Çinin paytaxtı Pekində qarlı hava şəraiti "Dasin" və "Payt

arrow Ətraflı
Şəfiqə Məmmədova: "Rasim Ocaqov Milli Kinomuzun simvolikasıdır" like
  • 22 Noy 00:02  
Digərləri Şəfiqə Məmmədova: "Rasim Ocaqov Milli Kinomuzun simvolikasıdır"

"Bir vaxtlar Azərbaycan milli kinosunun özündə elə bil ayrıca "k

arrow Ətraflı
Günün qoroskopu: sənədləşdirmədə iştirak edin like
  • 22 Noy 00:01  
Digərləri Günün qoroskopu: sənədləşdirmədə iştirak edin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Azərbaycanda 20 yaşlı tələbə vəfat edib  FOTO like
  • 21 Noy 23:57  
Digərləri Azərbaycanda 20 yaşlı tələbə vəfat edib FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi vəfat edib.

arrow Ətraflı
Tozsoranlar evdəki söhbətləri dinləyə və ötürə bilər like
  • 21 Noy 23:55  
Digərləri Tozsoranlar evdəki söhbətləri dinləyə və ötürə bilər

ABŞ-ın Maryland Universitetindən bir qrup tədqiqatçı robot tozsoranların

arrow Ətraflı
Kaspersky: Hər altı şirkətdən biri bütün səviyyələrdə innovativ fikirləri təşviq edir like
  • 21 Noy 23:50  
Digərləri Kaspersky: Hər altı şirkətdən biri bütün səviyyələrdə innovativ fikirləri təşviq edir

Kaspersky-nin yeni araşdırmasına görə, innovasiya şöbəsi rəhbərlə

arrow Ətraflı
Virtual və əlavə reallıq texnologiyaları bazarı sürətlə inkişaf edəcək like
  • 21 Noy 23:45  
Digərləri Virtual və əlavə reallıq texnologiyaları bazarı sürətlə inkişaf edəcək

Bu il dünyada virtual (VR) və əlavə reallıq (AR) sahəsində mal və xidmə

arrow Ətraflı
Ermənilər Gəncəni İsgəndər raketi ilə vurub like
  • 21 Noy 23:40  
Digərləri Ermənilər Gəncəni İsgəndər raketi ilə vurub

Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin (CAST) rəhbəri Ruslan P

arrow Ətraflı