Şəfiqə Məmmədova: "Rasim Ocaqov Milli Kinomuzun simvolikasıdır"


Digərləri 22 Noy 2020 00:02:00 67 0

Şəfiqə Məmmədova: "Rasim Ocaqov Milli Kinomuzun simvolikasıdır"

"Bir vaxtlar Azərbaycan milli kinosunun özündə elə bil ayrıca "kino adası" vardı -​ "Ocaqovun kinosu" var idi, var və həmişə yaşayacaq. Sanki özü üçün yaratmışdı o aləmi.. Öz senaristləri ilə, öz sevimli aktyorları ilə, öz bəstəkarları ilə, yaradıcı heyəti ilə və bu aləm sözün əsl mənasında onun əsl həyatı idi.Başqa​ həyatı özü üçün istəmirdi.

Və mən özümü xoşbəxt insan sayıram ki, Rasimin sənət aləmində, onun kinosunda var idim. Mən onun ən şöhrətli, ən uğurlu filmlərində çəkilmişəm. Bir yerdə yaşadıq o uğurları -​ "İstintaq" filminə görə SSRİ Dövlət Mükafatına, "Ad günü" filminə görə isə Azərbaycan Dövlət Mükafatına laiq görüldük. Bu filmlər mənim həyatımda, taleyimdə ən bəxtəvər və gözəl illər kimi yadda qalacaq.

Rasim Ocaqov öz aktyorlarını çox sevirdi. Onun üçün filmin uğurunu şərtləndirən əsas amil aktyor ansambılının bütövlüyü idi... Heç bir məsələdə kompromislərə getməzdi..Dosluqda çox möhkəm, vəfalı və sədaqətli idi.

Rasim Ocaqov mənalı və gözəl həyat yaşadı. Düz yaşadı! Heç nədə gözü yox idi. Azərbaycan Milli Kinosu idi onun varlığı, həyatı.

Kamera, çəkiliş meydançası və öz dünyası - bunlar idi onun dövləti, varı.O da bu varlığı, çəkdiyi filmləri öz xalqına miras qoyub gedib. Xalqım da yaşadır onun adını həmişə.Elə çəkdiyi filmlər də Rasim Ocaqovu əbədi yaşadacaq!

Hansısa tədbirdə çıxış edəndə etiraf elədim ki, " Mən səhnədə və çəkiliş meydançasında çox xoşbəxt və azad idim". Kamera qarşısında isə çətin məqamlarda​ azad və xoşbəxt olmaq, yaşamaq, yaratmaq hissini mənə Rasim Ocaqov bəxş edib. Binlar üçün mən Rasimə minnətdaram! Minnətdaram onun mənə olan böyük hörmətinə görə, diqqətinə görə, sevimli aktrisası olmağıma görə və çox uzun illər davam edən dostluğumuza görə.

Ömrünün son aylarında bir yerdə idik həmişə.Demək olar hər gün​ İttifaqımızda görüşürdük. Hansısa səbəblərdən çəkilişləri dayandırmışdı. Çox narahat idi. Özünə yer tapmırdı. Nəhayət bir gün çox ehtiyatla soruşdum; Rasim, nədir səni incidən, səni belə narahat edən? Üzümə baxdı və susdu. Sonra çox inandırıcı və məyus şəkildə cavab verdi. " Çəkmirəm, deməli yaşamıram. Mən belə yaşaya bilmirəm. Mən belə yaşamaq istəmirəm". Elə də oldu......... Rasim yaşamadı.........

Azərbaycan Milli Kinomuza elə bir böyük​ itki üz​ vermişdi ki, bu günə kimi biz onun ağrısını çəkməkdəyik.

Ömrünü Azərbaycan kinosuna həsr elədi Rasim Ocaqov və özü ilə kinomuzun​ təkrarsız epoxasını da apardı. Artıq bu gün Rasim Ocaqov Milli Kinomuzun bir simvolikasıdır!

​PS. Xatirələrim o qədər çoxdur ki, qismət olsa Rasim Ocaqov haqda bir xatirə kitabı yazacam...

​Şəfiqə Məmmədova​

Azərbaycan​ Respublikası​ Kinematoqrafçılar

İttifaqının sədri, SSRİ və Azərbaycan Dövlət

Mükafatları laureatı, professor.

Trend

Günün qoroskopu: sənədləşdirmədə iştirak edin like
  • 22 Noy 00:01  
Digərləri Günün qoroskopu: sənədləşdirmədə iştirak edin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Azərbaycanda 20 yaşlı tələbə vəfat edib  FOTO like
  • 21 Noy 23:57  
Digərləri Azərbaycanda 20 yaşlı tələbə vəfat edib FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi vəfat edib.

arrow Ətraflı
Tozsoranlar evdəki söhbətləri dinləyə və ötürə bilər like
  • 21 Noy 23:55  
Digərləri Tozsoranlar evdəki söhbətləri dinləyə və ötürə bilər

ABŞ-ın Maryland Universitetindən bir qrup tədqiqatçı robot tozsoranların

arrow Ətraflı
Kaspersky: Hər altı şirkətdən biri bütün səviyyələrdə innovativ fikirləri təşviq edir like
  • 21 Noy 23:50  
Digərləri Kaspersky: Hər altı şirkətdən biri bütün səviyyələrdə innovativ fikirləri təşviq edir

Kaspersky-nin yeni araşdırmasına görə, innovasiya şöbəsi rəhbərlə

arrow Ətraflı
Virtual və əlavə reallıq texnologiyaları bazarı sürətlə inkişaf edəcək like
  • 21 Noy 23:45  
Digərləri Virtual və əlavə reallıq texnologiyaları bazarı sürətlə inkişaf edəcək

Bu il dünyada virtual (VR) və əlavə reallıq (AR) sahəsində mal və xidmə

arrow Ətraflı
Ermənilər Gəncəni İsgəndər raketi ilə vurub like
  • 21 Noy 23:40  
Digərləri Ermənilər Gəncəni İsgəndər raketi ilə vurub

Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin (CAST) rəhbəri Ruslan P

arrow Ətraflı
Ağdam məscidi işıqlandırıldı like
  • 21 Noy 23:28  
Digərləri Ağdam məscidi işıqlandırıldı

27 ildən sonra Ermənistanın işğalından azad edilmiş Ağdam rayonunun Cüm

arrow Ətraflı
Gürcüstanda parlament seçkilərinin ikinci turu başa çatıb like
  • 21 Noy 23:21  
Dünya Gürcüstanda parlament seçkilərinin ikinci turu başa çatıb

Gürcüstanda keçirilən parlament seçkilərinin ikinci turu başa çatıb.

arrow Ətraflı
App Storeda komissiya 30%dən aşağı düşəcək like
  • 21 Noy 23:20  
Digərləri App Storeda komissiya 30%dən aşağı düşəcək

Bir neçə müddət bundan öncə Telegram-ın yaradıcısı Pavel Durov, App St

arrow Ətraflı
Analitiklər dünyada ən çox satılan “5G” smartfonlarının adını açıqlayıblar like
  • 21 Noy 23:10  
Digərləri Analitiklər dünyada ən çox satılan “5G” smartfonlarının adını açıqlayıblar

"Counterpoint Research" analitik şirkəti 2020-ci il payızın əvvə

arrow Ətraflı
İnstaqramda yenilik  Görüntülü söhbət zamanı film izləmək mümkün oldu like
  • 21 Noy 22:55  
Digərləri İnstaqramda yenilik Görüntülü söhbət zamanı film izləmək mümkün oldu

İnstaqram sosial şəbəkəsi tərəfindən bloq yazısı vasitəsilə bir müd

arrow Ətraflı
NASA Aydakı hədəflərindən 2024cü ilə qədər imtina etdi like
  • 21 Noy 22:50  
Digərləri NASA Aydakı hədəflərindən 2024cü ilə qədər imtina etdi

NASA maliyyə problemlərinə görə, 2024-cü ilə qədər Artemis layihəsi ç

arrow Ətraflı