Virtual və əlavə reallıq texnologiyaları bazarı sürətlə inkişaf edəcək


Digərləri 21 Noy 2020 23:45:00 177 0

Virtual və əlavə reallıq texnologiyaları bazarı sürətlə inkişaf edəcək

Bu il dünyada virtual (VR) və əlavə reallıq (AR) sahəsində mal və xidmətlərin satış həcmi 12 milyard dolları ötəcək, 2024-cü ilədək isə 72,8 milyard dollara çatacaq. Bu barədə "IDC" analitik şirkətinin hesabatında deyilir.

Son.az ictnews.az-a istinadən bildirir ki, 2020-ci il bazarın inkişafında dönüş nöqtəsi olub. Pandemiya şəraitində biznesdə vəsaitlərə qənaət məcburiyyətinə baxmayaraq "AR" və "VR" əksər şirkətlərin uğuru üçün vacib elementlərdəndir. Texnologiyaların tətbiqi üçün əsas sahə kimi tədris göstərilir. Bu seqmentin həcmi 2024-cü ilədək 4,1 milyard dollaradək artacaq. Eyni həcmə "AR" və "VR" vasitələrinin texniki xidmət üçün sənayedə tətbiqi seqmenti malik olacaq. Bundan başqa, "AR" və "VR" müştərilərlə təmassız əlaqə qurmağa imkan verir: daşınmaz əmlakın virtual nümayişi, virtual vitrinlər və s. 2024-cü ilədək bu seqmentin həcmi 2,7 milyard dollaradək artacaq. İstehlak bazarında (oyunlar və videoya baxış) texnologiyaların tətbiqi üzrə ən geniş yayılmış sahələr istehsalçılara 17,6 milyard dollar qazanc gətirəcək.

Ümumi satış həcminin təxminən 2/3 hissəsi virtual və əlavə reallıq texnologiyalarına baxış üçün qurğuların payına düşəcək, proqram təminatının payı isə ¼ hissəyədək artacaq. Həmçinin konsultasiya xidmətləri və sistem inteqrasiyası seqmentlərinin illik artımı müvafiq olaraq 77,3 və 90,7 faiz təşkil edəcək.