Kaspersky: Hər altı şirkətdən biri bütün səviyyələrdə innovativ fikirləri təşviq edir


Digərləri 21 Noy 2020 23:50:00 176 0

Kaspersky: Hər altı şirkətdən biri bütün səviyyələrdə innovativ fikirləri təşviq edir

Kaspersky-nin yeni araşdırmasına görə, innovasiya şöbəsi rəhbərlərinin böyük əksəriyyəti (88%) innovasiyanın uğurlu təşkilatlarda hər səviyyədə və hər komandada stimullaşdırıldığına inanır. Bununla belə, hər altı şirkətdən yalnız birinin nümayəndəsi (16%) bu yanaşmanın çalışdığı qurumda artıq tətbiq olunduğunu söyləyib.

Bu barədə Kaspersky şirkətindən məlumat verilib.

Qeyd olunur ki, innovasiya təşəbbüsü daha çox yüksək rəhbərlik tərəfindən irəli sürülür, onların tabeliyində olanlar isə yalnız icra mərhələsində iştirak edirlər: "Lakin bu vəziyyətdə top menecerlər birbaşa müştərilərlə qarşılıqlı əlaqə quran və ya məhsul hazırlayan işçilərə məlum olan bəzi fürsətləri nəzərdən qaçıra bilərlər. Buna görə də, sorğu iştirakçılarının böyük əksəriyyəti innovativ düşüncənin şirkət daxilində inkişaf etdirilməsinin və bunun üçün hər kəsin özünü rahat hiss etdiyi və nəyin dəyişdirilə və yaxşılaşdırıla biləcəyi barədə fikirlərini açıq şəkildə bölüşə biləcəyi bir atmosfer yaratmağın lazım olduğunu düşünür. Üstəlik, işçilərin 65%-i onların özlərindən gələn fikirlərin daha təsirli olduğunu düşünür. Amma əslində, bu gün korporativ mədəniyyət nadir hallarda yenilikləri strukturun aşağı pilləsindən stimullaşdıracaq şəkildə tərtib olunur. Maraqlıdır ki, liderlər bir komandadakı sosial-mədəni müxtəlifliyi qabaqcıl fikirlərin ortaya çıxması üçün daha vacib şərt hesab edirlər".

"İnnovativ düşüncə yaratmaq üçün işçilərin çalışqan olması və yaxşı fəaliyyət göstərməsi kifayət deyil. Ən yaxşı nəticələr hər kəsin söz haqqı olduğu halda əldə edilir. Liderlərin əsas tapşırığı insanları qabaqcıl fikirlərə sahib olmağa ruhlandırmaqdır. Top menecerlərin təcrübəsi və baxışları sonrakı, yəni perspektivli təklifləri şirkətin strategiyası ilə əlaqələndirmək lazım olduğu mərhələlərdə faydalı ola bilər", - deyə şirkətin məlumatında bildirilir.

İşçilərdən qaynaqlanan innovasiyaları dəstəkləmək üçün Kaspersky şirkətlərə tövsiyə edir:

• mütəmadi olaraq innovasiyanın daxili kommunikasiyadakı əhəmiyyətindən danışın. Bu həm yüksək idarəetmə səviyyəsində, həm də şöbə müdirləri səviyyəsində edilməlidir;