"Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir"


Siyasət 21 Noy 2020 18:44:00 41 0

"Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir"

"Mən bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə çatdırıram, bu müjdəni verirəm. Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqlarına qaytaraq".

Bu xəbəri də oxu: "Rusiya istəyinə nail oldu"

Bu sözlərin Ağdamın işğaldan azad edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətindən olduğunu Trend-ə qeyd edən millət vəkili Tamam Cəfərova bildirdi ki, Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir və bu noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır. Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Üçtərəfli Bəyanata əsasən 3 rayonumuzun qurban vermədən, siyasi yolla qaytarılması cənab Prezidentin dəfələrlə dediyi kimi, "şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı".

Ağdamda olan evlərin, mədəni və dini abidələrin talan edilməsindən, bütün infrastrukturun məhv edilməsindən danışan cənab Prezident, həmçinin qeyd edib ki, "bu vəhşilik "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarını, "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır və Azərbaycan erməni vandalizminin cəzalandırılması üçün bütün hüquqi imkanlarından istifadə edəcək. Bu məsələdə vətəndaş cəmiyyəti institutlarının da fəallıq göstərməsinə ehtiyac var".

"Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq. İndi Ağdam üçün yeni dövr başlayır. Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcəyini, deyən millət vəkili Tamam Cəfərova bildirdi ki, vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Cənab Prezident İlham Əliyevin sözlərilə desək, "işğaldan azad edilmiş bütün rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdı".

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir. Ermənistan isə uğursuz ölkədir, bu uğursuzluğun səbəbi işğaldır.İşğalçı Ermənistan döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldu.

Bakıda birgə reydlər davam edir like
  • 21 Noy 18:42  
Digərləri Bakıda birgə reydlər davam edir

Son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığ

arrow Ətraflı
İranda 431 nəfər koronavirusdan ölüb like
  • 21 Noy 18:39  
Dünya İranda 431 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 431 nəfər koronavirusdan (COVID 19) ölüb.

arrow Ətraflı
İran xarici işlər nazirinin Azərbaycana səfəri təxirə salınıb like
  • 21 Noy 18:35  
Siyasət İran xarici işlər nazirinin Azərbaycana səfəri təxirə salınıb

İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Rusiya və Azərbaycana s

arrow Ətraflı
Heyvan rifahının qida təhlükəsizliyində rolu like
  • 21 Noy 18:32  
Digərləri Heyvan rifahının qida təhlükəsizliyində rolu

Heyvan mənşəli məhsullar insanın qidasında xüsusi yer tutur. Heyvanların

arrow Ətraflı
Nardaran qəbiristanlığında silahsursat tapılıb like
  • 21 Noy 18:25  
Digərləri Nardaran qəbiristanlığında silahsursat tapılıb

Nardaran qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqdan silah-sursat ta

arrow Ətraflı
Kutsinin yeni sevgilisi like
  • 21 Noy 18:17  
Digərləri Kutsinin yeni sevgilisi

Müğənni və aktyor Kutsi yeni eşqi ilə gündəmə gəlib.

arrow Ətraflı
COVİD19a yoluxma hallarını azaltmaq üçün yas mərasimlərinə ciddi nəzarət edilməlidir like
  • 21 Noy 18:14  
Digərləri COVİD19a yoluxma hallarını azaltmaq üçün yas mərasimlərinə ciddi nəzarət edilməlidir

COVİD-19-a yoluxma halları daha çox yas mərasiminlərində olur, ona görə

arrow Ətraflı
"İndikilər kimi hər yeri plastik əməliyyat deyil" like
  • 21 Noy 18:03  
Şou-biznes "İndikilər kimi hər yeri plastik əməliyyat deyil"

Əməkdar artist Rühəngiz Musəvi arxiv fotosunu izləyiciləri ilə bölüş

arrow Ətraflı
Finlandiyada fırtına səbəbindən like
  • 21 Noy 17:56  
Dünya Finlandiyada fırtına səbəbindən

Finlandiyanın cənubunda fırtına bölgənin əksər şəhərlərinə ciddi zi

arrow Ətraflı
"Nələr çəkdiyini səndən başqa heç kəs bilməz" like
  • 21 Noy 17:53  
Şou-biznes "Nələr çəkdiyini səndən başqa heç kəs bilməz"

Aktrisa Zümrüd Qasımova obyektiv qarşısına keçərək yeni fotosessiya etd

arrow Ətraflı
Sülhməramlı qüvvələr müəyyən edilmiş mövqeləri tutublar, yəni orada 23 post var like
  • 21 Noy 17:50  
Siyasət Sülhməramlı qüvvələr müəyyən edilmiş mövqeləri tutublar, yəni orada 23 post var

Sülhməramlı qüvvələr müəyyən edilmiş mövqeləri tutublar, yəni orada

arrow Ətraflı
Azərbaycan Prezidenti: Bəyanat imzalanan andan atəşkəslə bağlı hər hansı ciddi pozuntular olmayıb like
  • 21 Noy 17:45  
Siyasət Azərbaycan Prezidenti: Bəyanat imzalanan andan atəşkəslə bağlı hər hansı ciddi pozuntular olmayıb

Bəyanat imzalanan andan atəşkəslə bağlı hər hansı ciddi pozuntular olma

arrow Ətraflı