Finlandiyada fırtına səbəbindən


Dünya 21 Noy 2020 17:56:00 162 0

Finlandiyada fırtına səbəbindən

Finlandiyanın cənubunda fırtına bölgənin əksər şəhərlərinə ciddi ziyan vurub və 64 min ailəni işıqsız qoyub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Liysa" adlı payız fırtınası özü ilə saniyədə 25 metrə çatan küləkləri gətirib.

Şahidlərin sözlərinə görə, külək ağacları çıxarır, binalar və digər tikililəri dağıdırdı. Finlandiyanın cənubundakı bəzi bölgələrə dolu düşüb. Pis hava şəraiti Finlandiyanın cənub və mərkəzi bölgələrinin bir çoxunda elektrik enerjisinin kəsilməsinə səbəb olub. Ümumilikdə, elektrik xətlərinin kəsilməsi səbəbindən 64 min ailə işıqsız qalıb. Bir sıra şəhərlərdə elektrik təchizatı hələ də bərpa edilməyib.