İsveçdə koronavirusa yoluxanların sayında növbəti rekord qeydə alınıb


Dünya 21 Noy 2020 16:36:00 143 0

İsveçdə koronavirusa yoluxanların sayında növbəti rekord qeydə alınıb

İsveçdə koronavirusa yoluxanların sayında rekord növbəti dəfə yenilənib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, noyabrın 20-də İsveç ictimai səhiyyə agentliyi son 24 saat ərzində rekord sayda - 7240 yeni yoluxma halının qeydə alınmasını bildirib. Virusun yayılmasından bəri krallıqda virusa yoluxanların ümumi sayı hazırda 208 min 295 nəfərdir.

Virus qurbanlarına dair məlumatlar da sabit qalmaqdadır, bunların sayı 6406 nəfərə çatıb, son 24 saat ərzində daha 66 nəfər vəfat edib.

Koronavirus pandemiyası başlayandan bəri İsveç hökuməti səhiyyə orqanlarına əksər qərarları vermək səlahiyyətini verib. Onlar da öz növbəsində digər ölkələrdə olduğu kimi sərt məhdudlaşdırıcı tədbirlərin tətbiqinə əl atmamağı qərara alıblar. Bununla birlikdə, İsveçdəki infeksiyadan ölənlərin sayı barədə məlumatlar bütün şimal qonşuları - Finlandiya, Danimarka və Norveçdən bir neçə dəfə çoxdur. Bu səbəbdən, vəziyyətin pisləşdiyi krallığın bölgələrinin böyük əksəriyyətində ikinci pandemiya dalğası fonunda koronavirus məhdudiyyətlərinin tətbiq edilməsinə qərar verilib. Bununla yanaşı, Baş nazir Stefan Leuvenin sözlərinə görə, ölkə hökuməti siyahısı genişləndirilə biləcək bir sıra məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalıb.