İtaliyanın Kataniya şəhəri Şurası Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən sənəd qəbul edib


Siyasət 21 Noy 2020 16:26:00 68 0

İtaliyanın Kataniya şəhəri Şurası Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən sənəd qəbul edib

İtaliyanın Kataniya şəhəri Şurası Ermənistanın Azərbaycana qarşı təcavüz, etnik təmizləmə, soyqırım siyasətini pisləyən və Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənəd qəbul edib.

Bu barədə Son.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, 20 noyabr 2020-ci il tarixində İtaliyanın Kataniya Şəhər Şurasında "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri dərhal icra edilməlidir" adlı sənəd yekdilliklə qəbul edilib.

Sənəddə Ermənistanın Azərbaycana qarşı təcavüz və etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon da daxil olmaqla, Azərbaycanın 20% ərazilərinin işğal olunduğu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, azərbaycanlılara qarşı müharibə cinayətləri və Xocalı soyqırımının törədildiyi bildirilir.

Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verərək Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş həmin ərazilərdən dərhal çıxarılmasını tələb etdiyi vurğulanır.

Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il tarixli Çıraqov və digərləri Ermənistana qarşı işi ilə bağlı qərarında da Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan tərəfindən işğal edildiyinin təsdiqləndiyi ifadə olunur.

Sənəddə, həmçinin rəsmi İtaliyanın davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə diqqət çəkilir və bu xüsusda, Azərbaycan Respublikası Prezidentinin cari ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış "İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"yə istinad edilir.

Münaqişə ilə bağlı mövcud hüquqi əsaslara və 30 ilə yaxın müddətdir ki, ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində aparılan danışıqlara baxmayaraq, Ermənistanın destruktiv siyasəti nəticəsində danışıqların bloklandığı, Azərbaycan xalqının böyük ədalətsizlikə üzləşdiyi və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına qayıda bilmədiyi, ailə üzvlərinin məzarlarını belə ziyarət edə bilmədikləri vurğulanır.

Sənəddə 27 sentyabr tarixindən etibarən Ermənistanın yeni hərbi təcavüzü zamanı qəsdən mülki obyektləri və mülki şəxsləri hədəf alaraq Gəncə və Bərdə şəhərlərini bombalaması pislənilir və bu xüsusda, Gəncə və Bərdə şəhərlərinin sakinləri, habelə bütünlükdə Azərbaycan xalqı ilə həmrəylik ifadə edilir.

Kataniya Şəhər Şurasının daima beynəlxalq hüququn norma və prinsiplərini dəstəklədiyi və bu xüsusda, Ermənistan Respublikasının təcavüz siyasətini pislədiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, qeyd-şərtsiz və bütünlüklə çıxarılmalı olduğu, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının müvafiq qətnamələrinin dərhal yerinə yetirilməli olduğu, eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququnun təmin edilməli olduğu vurğulanır.

İstinad:

https://www.comune.catania.it/informazioni/cstampa/?cs=77835

Dünyanın ən məşhur əsərinə çəkilmiş filmlə Qara Qarayevi nə bağlayır? like
  • 21 Noy 16:22  
Kriminal Dünyanın ən məşhur əsərinə çəkilmiş filmlə Qara Qarayevi nə bağlayır?

Son.az Kulis.az-a istinadən Migel de Servantesin "Don Kixot" əsəri

arrow Ətraflı
Azərbaycanda 2735 nəfər COVID19a yoluxub, 1374 nəfər sağalıb like
  • 21 Noy 16:16  
Digərləri Azərbaycanda 2735 nəfər COVID19a yoluxub, 1374 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2735 yeni yol

arrow Ətraflı
Kabil şəhəri raket atəşinə tutulub, azı beş nəfər həlak olub like
  • 21 Noy 16:07  
Dünya Kabil şəhəri raket atəşinə tutulub, azı beş nəfər həlak olub

Əfqanıstanın paytaxtı Kabilə endirilən raket zərbəsi nəticəsində azı

arrow Ətraflı
Prezident İlham Əliyev Rusiyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib like
  • 21 Noy 16:05  
Siyasət Prezident İlham Əliyev Rusiyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Azərbaycan nəinki bölgəni, hətta dünyanı erməni faşizmindən xilas etdi like
  • 21 Noy 16:04  
Siyasət Azərbaycan nəinki bölgəni, hətta dünyanı erməni faşizmindən xilas etdi

10 noyabrda Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş naziri

arrow Ətraflı
“Al Jaazeera” Ağdamdan reportaj hazırlayıb like
  • 21 Noy 15:58  
Siyasət “Al Jaazeera” Ağdamdan reportaj hazırlayıb

Qətərin "Al Jaazeera" telekanalı işğaldan azad olan Ağdam şəh

arrow Ətraflı
Bugünədək sahələrdən 6 min tondan çox tütün yığılıb like
  • 21 Noy 15:53  
Digərləri Bugünədək sahələrdən 6 min tondan çox tütün yığılıb

Sahələrdə tütün yarpağı yığımı davam edir. Noyabrın 20-nə olan oper

arrow Ətraflı
Erməni hərbçilərinin meyitləri üzərində heç bir təhqiredici hərəkətlər edilməyib like
  • 21 Noy 15:41  
Siyasət Erməni hərbçilərinin meyitləri üzərində heç bir təhqiredici hərəkətlər edilməyib

2020-ci ilin 27 sentyabr - 10 noyabr müddətində davam edən silahlı münaqi

arrow Ətraflı
Gürcüstanda koronavirusa yoluxanların sayı 100 min nəfəri ötdü like
  • 21 Noy 15:39  
Dünya Gürcüstanda koronavirusa yoluxanların sayı 100 min nəfəri ötdü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 824 yoluxm

arrow Ətraflı
Yerevanda növbəti etiraz aksiyası başlayıb like
  • 21 Noy 15:35  
Dünya Yerevanda növbəti etiraz aksiyası başlayıb

Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti etiraz

arrow Ətraflı
Cəbhəyə getdiyi gün qızı doğulan şəhidimiz... like
  • 21 Noy 15:32  
Digərləri Cəbhəyə getdiyi gün qızı doğulan şəhidimiz...

O, cəbhəyə yollanan gün körpə Fidanı doğulub. Söhbət Şuşa uğrunda g

arrow Ətraflı
YAPın yaradılması Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir  Əli Əhmədov like
  • 21 Noy 15:28  
Siyasət YAPın yaradılması Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir Əli Əhmədov

Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi tarixinin ə

arrow Ətraflı
Paşinyanın həyat yoldaşı ilə mübahisə edən generala cinayət işi açıldı like
  • 21 Noy 15:23  
Dünya Paşinyanın həyat yoldaşı ilə mübahisə edən generala cinayət işi açıldı

Ermənistanın Xüsusi İstintaq Xidməti ölkənin sabiq Baş qərargah rəisi

arrow Ətraflı
FES həyəcan siqnalı verdi, nazir təkzib etdi like
  • 21 Noy 15:18  
Dünya FES həyəcan siqnalı verdi, nazir təkzib etdi

Bazarlar çox rahat olmalıdır, kifayət qədər maliyyə qaynağımız var.

arrow Ətraflı
Həkim iki COVID xəstəsini bilərəkdən öldürdü like
  • 21 Noy 15:11  
Dünya Həkim iki COVID xəstəsini bilərəkdən öldürdü

Almaniyanın Essen şəhər polisi universitet xəstəxanasında iki COVID-19 x

arrow Ətraflı