Azərbaycan nəinki bölgəni, hətta dünyanı erməni faşizmindən xilas etdi


Siyasət 21 Noy 2020 16:04:00 71 0

Azərbaycan nəinki bölgəni, hətta dünyanı erməni faşizmindən xilas etdi

10 noyabrda Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları 9 bənddən ibarət Bəyanatda noyabrın 15-dək Kəlbəcərin, 20-dək Ağdamın, dekabrın 1-dək isə Laçinın qaytarılması öz əksini tapıb. Noyabrın 15-də Ermənistan Rusiya Prezidentinin vasitəsilə Kəlbəcərin tam boşaldılması üçün Azərbaycandan əlavə 10 gün vaxt istədi. Azərbaycan vaxtın noyabrın 25-dək uzadılmasına razılığını ifadə etməklə bir daha humanist dəyərlərə sadiqliyini nümayiş etdirdi. Bəs bu humanistliyin müqabilində işğalçı Ermənistan necə hərəkət edir? Kəlbəcəri tərk etmələri ilə bağlı qrafikin təsdiqlənməsindən bu günədək ermənilər evlərin, meşələrin yandırılması, ağacların kəsilib daşınması ilə məşğuldurlar. Videogörüntülərə diqqət yetirdikdə ermənilərin onlara məxsus olmayan torpaqları tərk etmələri ilə bağlı verdikləri açıqlamalar onların necə vəhşi bir məxluq olduqlarını bir daha sübut edir. 27 ildən artıq müddətdə burada qeyri-qanuni məskunlaşmış ermənilər açıq-aşkar evləri yandırdıqlarını etiraf edir, hətta daha da vəhşiləşərək digərlərini də yandıracaqlarını vurğulayırlar. Dünya bu gün Azərbaycanın humanist addımlarının qarşılığında işğalçı dövlətin barbarlığını daha aydın şəkildə görür. Amma dünya ictimaiyyəti susmaqla prosesi nəyə gətirib çıxardığının fərqindədir. 44 günlük müharibə dünyanı "qış yuxusundan" ayıltdı və reallıqları düzgün dəyərləndirməyəndə beynəlxalq hüququn yoxluğu təəssüratı yaratdığını aparıcı dövlətlərin və beynəlxalq təşkilatların diqqətinə çatdırdı.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə bildirib.

V.Rəhimzadə qeyd edib ki, Bəyanatda əksini tapan müddəaya uyğun olaraq noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı: "Qeyd edək ki, Ağdam rayonunun ərazisi üzrə keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamları mürəkkəbliyi ilə seçilmiş, bir neçə müdafiə xətindən ibarət olmuş və müasir standartlar tətbiq edilməklə hazırlanmışdır. Bu səddin keçilməsi ciddi texnika və insan itkisi olmadan faktiki mümkün deyildi. Amma möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi, eyni zamanda, Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində ərazilərimizin işğaldan azad edilməsi Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi".

"Dövlətimizin başçısı İlham Əliyev Ağdamın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən bir daha bildirdi ki, Azərbaycanın döyüş meydanında qələbəsi siyasi müstəvidə də qələbəmizi şərtləndirdi" söyləyən V.Rəhimzadə qeyd edib ki, Azərbaycan Ordusu 44 gündə hansı gücə, qüdrətə malik olduğunu nümayiş etdirdi: "Ən əsası bir daha dünyaya sübut edildi ki, yenilməz, məğlubedilməz ordu Azərbaycan Ordusudur. Ermənilərin yaratdıqları "yenilməz ordu" mifi tamamilə darmadağın edildi. Ermənistan sözün əsl mənasında uğursuz ölkədir. Buna səbəb işğal faktıdır. Ermənistan hakimiyyəti çox yaxşı bilirdi ki, Azərbaycan işğalla heç zaman barışmayacaq. İşğal alında olan torpaqlarını istənilən yolla azad emək iqtidarındadır. Amma Ermənistan özünə saxta tarix yaratmaqla öz yalanlarına dünyanı inandımağa səy göstərir. Erməni lobbisinin güclü olduğu Fransa kimi dünyanın nüfuzlu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədr dövləti beynəlxalq hüquq normalarını kobul şəkildə pozaraq Ermənistanın işğalçılıq siyasətinə dəstək olur, qondarma "Dağlıq Qarabağ respublikası"nın müstəqilliyinin tanınması məsələsini gündəmə gətirir. Məhz bu iki dövləti bir araya gətirən dəyərlərin nəticəsidir ki, Ermənistanın faşizm siyasəti rəsmi Paris tərəfindən dəstək qazandı. Amma onlar unudurlar ki, belə mənasız, beynəlxalq hüquqa zidd addımlar tarixi inkar, həqiqətləri ört-basdır etmək imkanında deyil. Azərbaycan nəinki bölgəni, hətta dünyanı erməni faşizmindən xilas etdi".

Baş redaktor işğalçı dövlətin daim səfalət içərisində yaşadığını, hər zaman himayədarlarının qarşısında boyun əydiyini önə çəkərək cənab İlham Əliyevin fikirlərinə istinadən bildirmişdir ki, "mənə kömək elə" prinsipi erməni ideologiyasının əsasını təşkil edir: "Belə bir ölkənin inkişafdan, tərəqqidən danışması nə qədər inandırıcı görünə bilər? Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə. Ermənilər özləri öz bəlalarının səbəbkarlarıdır. Onlar döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldular. Bundan sonra "məğlub edilmiş ölkə" damğası ilə yaşayacaqlar".

Vüqar Rəhimzadə qeyd edib ki, qonşu dövlətlərə əsassız torpaq iddiası ilə çıxış edib, himayədarlarının dəstəyi ilə buna nail olan işğalçı Ermənistan gec-tez bu rəzilliyi yaşayacağını bilməli idi. Çünki işğalçı Ermənistanın rəhbərliyi beynəlxalq hüquqdan xəbərsiz olsa da, dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları xəbərdardır, ən əsası bu prinsipləri zamana və məkana görə tətbiq etməklə ikili standartları dünya üçün qəbul olunmuş bir dəyərə çevirirlər.

“Al Jaazeera” Ağdamdan reportaj hazırlayıb like
  • 21 Noy 15:58  
Siyasət “Al Jaazeera” Ağdamdan reportaj hazırlayıb

Qətərin "Al Jaazeera" telekanalı işğaldan azad olan Ağdam şəh

arrow Ətraflı
Bugünədək sahələrdən 6 min tondan çox tütün yığılıb like
  • 21 Noy 15:53  
Digərləri Bugünədək sahələrdən 6 min tondan çox tütün yığılıb

Sahələrdə tütün yarpağı yığımı davam edir. Noyabrın 20-nə olan oper

arrow Ətraflı
Erməni hərbçilərinin meyitləri üzərində heç bir təhqiredici hərəkətlər edilməyib like
  • 21 Noy 15:41  
Siyasət Erməni hərbçilərinin meyitləri üzərində heç bir təhqiredici hərəkətlər edilməyib

2020-ci ilin 27 sentyabr - 10 noyabr müddətində davam edən silahlı münaqi

arrow Ətraflı
Gürcüstanda koronavirusa yoluxanların sayı 100 min nəfəri ötdü like
  • 21 Noy 15:39  
Dünya Gürcüstanda koronavirusa yoluxanların sayı 100 min nəfəri ötdü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 824 yoluxm

arrow Ətraflı
Yerevanda növbəti etiraz aksiyası başlayıb like
  • 21 Noy 15:35  
Dünya Yerevanda növbəti etiraz aksiyası başlayıb

Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti etiraz

arrow Ətraflı
Cəbhəyə getdiyi gün qızı doğulan şəhidimiz... like
  • 21 Noy 15:32  
Digərləri Cəbhəyə getdiyi gün qızı doğulan şəhidimiz...

O, cəbhəyə yollanan gün körpə Fidanı doğulub. Söhbət Şuşa uğrunda g

arrow Ətraflı
YAPın yaradılması Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir  Əli Əhmədov like
  • 21 Noy 15:28  
Siyasət YAPın yaradılması Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir Əli Əhmədov

Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi tarixinin ə

arrow Ətraflı
Paşinyanın həyat yoldaşı ilə mübahisə edən generala cinayət işi açıldı like
  • 21 Noy 15:23  
Dünya Paşinyanın həyat yoldaşı ilə mübahisə edən generala cinayət işi açıldı

Ermənistanın Xüsusi İstintaq Xidməti ölkənin sabiq Baş qərargah rəisi

arrow Ətraflı
FES həyəcan siqnalı verdi, nazir təkzib etdi like
  • 21 Noy 15:18  
Dünya FES həyəcan siqnalı verdi, nazir təkzib etdi

Bazarlar çox rahat olmalıdır, kifayət qədər maliyyə qaynağımız var.

arrow Ətraflı
Həkim iki COVID xəstəsini bilərəkdən öldürdü like
  • 21 Noy 15:11  
Dünya Həkim iki COVID xəstəsini bilərəkdən öldürdü

Almaniyanın Essen şəhər polisi universitet xəstəxanasında iki COVID-19 x

arrow Ətraflı
Göz ətrafında qaralmalar: like
  • 21 Noy 15:04  
Digərləri Göz ətrafında qaralmalar:

Gözlərin ətrafında, göz qapaqlarında, ən çox da gözün altında qaralma

arrow Ətraflı
Karantin rejiminin bütün tələblərinə nəzarət gücləndirilir like
  • 21 Noy 15:01  
Digərləri Karantin rejiminin bütün tələblərinə nəzarət gücləndirilir

Koronavirusa yoluxmanın xüsusilə yüksək olduğu və sərt karantin rejimini

arrow Ətraflı
2020ci ildə qlobal iqtisadiyyatda 4,4 faiz azalma gözlənilir like
  • 21 Noy 14:57  
Dünya 2020ci ildə qlobal iqtisadiyyatda 4,4 faiz azalma gözlənilir

2020-ci ilin doqquz ayı ərzində qlobal iqtisadiyyatın dinamikası milli hö

arrow Ətraflı
Operativ Qərargahın Respublika müşavirəsində pandemiya ilə bağlı vəziyyət müzakirə olunub  FOTO like
  • 21 Noy 14:51  
Siyasət Operativ Qərargahın Respublika müşavirəsində pandemiya ilə bağlı vəziyyət müzakirə olunub FOTO

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın Respubli

arrow Ətraflı
Yaxın Şərqin ən uğurlu biznesmen like
  • 21 Noy 14:50  
Dünya Yaxın Şərqin ən uğurlu biznesmen

"Forbes" Yaxın Şərqin ən uğurlu 10 qadın biznesmenini müəyyən

arrow Ətraflı